ESFJ Şəxsiyyət tipi
ESFJ-lər vicdani köməkçilərdir, onlar başqalarının ehtiyaclarına qarşı həssasdırlar və özlərini fəal şəkildə məsuliyyət hiss etdikləri məsələlərə həsr edirlər. Öz emosional mühitləri ilə tam uyumlu olurlar və həm başqalarının duyğularına, həm də başqalarının onlar haqqında olan hisslərinə diqqətlə yanaşırlar. ESFJ-lər ətraflarındakı harmoniya və əməkdaşlıq hissini xoşlayır, məmnun və təmin etmək üçün həvəslidirlər.
ESFJ-lər sadiqlik və ənənəyə dəyər verirlər və öz ailə və dostlarını ən üstün prioritet halına gətirirlər. Zamanları, səyləri və duyğuları baxımından səxavətlidirlər. Onlar tez-tez başqalarının qayğılarını özlərininki kimi qəbul edirlər və əhəmiyyətli təşkilati istedadlarını başqalarının həyatına nizam-intizam gətirmək üçün istifadə etməyə çalışırlar.
ESFJ nə deməkdir?
ESFJ, Katharine Briggs və Isabel Myerin yaratdığı metodika əsasında meydana çıxan on altı şəxsiyyət tipindən birini ifadə edən qısaltmadır. İngilis dilində ekstravert (Extroverted), praktik (Sensitive), prinsipial / həssas (Feeling), mühakimə edən (Judging) sözlərinin birləşməsini ifadə edir. ENFJ başqaları ilə keçirdiyi vaxtdan enerji alan (ekstravert), fikir və anlayışlardan daha çox, fakt və detallara diqqət yetirən (praktik), hisslər və dəyərlər əsasında qərarlar qəbul edən (prinsipial / həssas), həmçinin spontan və çevik olmaqdansa planlı və mütəşəkkil olmağı (mühakimə edən) üstün tutan insanlardır. ESFJ-lərə praktiki üsullarla başqalarına qayğı göstərdiklərinə və onlarla yaxşı əlaqələr qurduqlarına görə bəzən Konsul və ya Təminatçı şəxsiyyət deyilir.
ESFJ şəxsiyyət tipi nə qədər yayılmışdır?
ESFJ dünya əhalisi arasında ikinci ən çox yayılmış şəxsiyyət tipidir. ESFJ-lər:
- Ümumi əhalinin 12% -ni
- Qadınların 17%-ni
- Kişilərin 8% -ni
təşkil edir.
"Konsul" psixoloji tipinə aid digər məqalələr: