- Duyğusuz. Hisslər və duyğular Sahibkarlar üçün “faktlardan” və "reallıqdan" sonra gəlir. Duyğu yüklü vəziyyətlər yöndəmsiz, narahat məsələlərdir və Sahibkarların kəskin dürüstlüyü burada işə yaramır. Bu şəxsiyyət tipinə aid insanlar çox vaxt öz duyğularını anlamaqda və ifadə etməkdə çox çətinlik çəkirlər.
- Səbirsiz. Sahibkarlar həyəcanlarını qoruyub saxlamaq üçün öz templəri ilə hərəkət edirlər. Başqası onlara çata bilmir və ya anlaya bilmir deyə sürəti azaltmaq, eləcə də çox uzun müddət bir detal üzərində diqqəti cəmləmək Sahibkarlar üçün olduqca çətindir.
- Riskə meylli. Bu səbirsizlik Sahibkarları uzunmüddətli nəticələri düşünmədən bələd olmadıqları əraziyə sürükləyə bilər. Sahibkar şəxsiyyət tipinə aid insanlar bəzən sadəcə darıxdıqları üçün qəsdən əlavə riskə girə bilərlər.
- Plansız. Sahibkarlar problemi həll etmək, irəliləmək, əylənmək üçün fürsət gördükdə, çox vaxt prosesdəki qaydalara və sosial gözləntilərə məhəl qoymadan həmin fürsətdən istifadə etməyə çalışırlar. Bu bəzən işlərin düzəlməsinə səbəb olsa da, gözlənilməz sosial problemlər yarada bilər.
- Ümumi mənzərəni gözdən qaçıra bilən. Bu anı yaşamaq meyli Sahibkarların bir ağac əldə etmək üçün bütöv meşəni əldən verməsinə səbəb ola bilər. Bu şəxsiyyət tipinə aid insanlar problemi burada və indi həll etməyə çox aludə olurlar. Bir layihənin bütün hissələri mükəmməl ola bilər, ancaq bu hissələr bir-birinə uyğun gəlmirsə, layihə yenə də uğursuz olacaq.
- Dikbaş. Sahibkarlar hansısa çərçivəyə sığmır. Təkrarlama, sərt qaydalar, mühazirələrdə səssiz oturmaq Sahibkarlara uyğun davranışlar deyil. Onlar fəaliyyət yönümlü və praktikdirlər. Məktəb və başlanğıc səviyyəli iş kimi mühitlər onlar üçün dözülməz dərəcədə yorucu ola bilər və daha sərbəst iş əldə edənə qədər uzun müddət diqqətini cəmləşdirmək Sahibkarlardan fövqəladə səy tələb edir.