- Böyük analitik və mücərrəd düşüncə sahibi. Məntiqçi şəxsiyyət tipinə aid insanlar dünyaya böyük, mürəkkəb bir maşın kimi baxır və maşında olduğu kimi bütün hissələrin bir-biri ilə əlaqəli olduğunu düşünürlər. Məntiqçilər bu əlaqələri təhlil etmək qabiliyyətinə malikdirlər və digər tipləri heyrətləndirəcək şəkildə ilk baxışda əlaqəsiz görünən amillər bir-birlərinə necə bağlı olduğunu görürlər.
- Zəngin təxəyyüllü və orijinal. Bu əlaqələr inadkar bir təxəyyülün məhsuludur. Məntiqçilərin ideyaları ilk baxışda məntiqsiz görünə bilər və hətta ola bilər ki, heç vaxt üzə çıxmasın. Lakin onlarda hər zaman diqqətəlayiq yeniliklər vardır.
- Açıq fikirli. Əgər Məntiqçilər hər şeyi bildiklərinə inansaydılar, bu əlaqələri qura bilməzdilər. Buna görə də onlar hər zaman məntiq və faktlarla dəstəklənən alternativ nəzəriyyələri qəbul edirlər. Sosial normalar və adətlər kimi subyektiv məsələlərə münasibətdə Məntiqçilər adətən kifayət qədər liberal və/yaxud "bunun mənə aidiyyatı yoxdur" tipli mövqe tuturlar. Onların fikrincə hər bir insanın öz fikri əhəmiyyətlidir.
- Həvəsli. Maraq oyadan yeni bir fikir Məntiqçiləri həvəsləndirə bilər. Onlar adətən qapalı insanlardır, amma başqa bir şəxs onlarla ortaq bir şeyə maraq ifadə edirsə, bu mövzuda həvəslə müzakirə apara bilərlər. Çox güman ki, bu coşğunun yeganə zahiri əlaməti Məntiqçilərin səssiz gəzməsi və ya uzaqlara baxmasıdır.
- Obyektiv. Məntiqçilərin təhlilləri, yaradıcılığı və açıq fikirliliyi heç də ideoloji axtarış və ya emosional özünü təsdiq üçün bir vasitə deyil. Əksinə, Məntiqçi şəxsiyyət tipinə aid insanlar sanki dilə gətirə bildikləri qədər də ətrafındakı həqiqətlərin ötürücüsüdürlər və bu şəkildə nəzəri vasitəçi rolunu oynamaqdan qürur duyurlar.
- Dürüst və açıq sözlü. Bir şeyi bilib, başqa şey söyləmək dəhşətli dərəcədə ağırdır. Məntiqçilər çox vaxt heç də qəsdən duyğuları incitmək istəməsələr də, həqiqətin ən vacib amil olduğuna inanırlar və bunun təqdir edilməsini və qarşılıq tapmasını gözləyirlər.