ESFJ haqqında maraqlı faktlar:
- Psixotrop maddələr qəbul edən insanlar arasında bu tipə çox az rast gəlinir
- Stressin öhdəsindən gəlmə imkanlarına görə ən yüksək göstəriciyə malik olan tiplərdən biridir
- Yüksək mənəvi (ilahi) gücə inanma ehtimalı ən yüksək olan ikinci tipdir
- Evlilik və romantik münasibətlərdən məmnunluq dərəcəsi bütün tiplər arasında ən yüksəkdir
- Ali məktəbdə qalıb təhsilini davam etdirmək ehtimalı ən yüksək olan tiplərdən biridir
- İş yoldaşlarından razı qalma ehtimalı ən yüksək olan tipdir
- İş həyatında əsas dəyərləri aydın struktur, təhlükəsizlik və başqalarına xidmət etmə bacarığıdır
- İş məmnunluğu üzrə ən yüksək göstəriciyə sahib olan tiplərdən biridir
- Adətən təhsil, səhiyyə və din sahəsinə aid peşələrdə rast gəlinir
Mənbə: MBTI təlimatı