Hər bir insan müəyyən situasiyalarda təşviş hissi keçirir. Bu bəzi insanların fərdi xüsusiyyətlərindən irəli gəlir və daimi xarakter daşıyır, bəzən isə sadəcə situasiyanın təsirinə reaksiya olaraq meydana çıxır. Əgər gündəlik həyatda davamlı xroniki təşvişdən əziyyət çəkmirsinizsə, sadəcə müəyyən situasiyalar (imtahan, çıxış, xüsusi günlər, məsuliyətli tədbirlər və s.) sizdə təşvişin yaranmasına səbəb olursa, bu test vasitəsilə hal-hazırda təşviş yaradan situasiyanın olub-olmadığını müəyyən edə bilərsiniz.
Hər bir insan müəyyən situasiyalarda təşviş hissi keçirir. Bu bəzi insanların fərdi xüsusiyyətlərindən irəli gəlir və daimi xarakter daşıyır, bəzən isə sadəcə situasiyanın təsirinə reaksiya olaraq meydana çıxır. Bu alət fərdi xüsusiyyət kimi davamlı təşvişə meyillilik səviyyənizi müəyyən etməyə kömək edəcək.
Bizim maraq, meyil və bacarıqlarımıza uyğun olaraq seçilən peşə bizə nə verir?! Demək olar ki, hər şey.
Sağlamlıq, çünki işini bacaran və sevən insan streslərə daha davamlıdır.
Maddi imkanlar, çünki siz işinizi sevərək görürsünüz, buna görə də alınan nəticənin keyfiyyəti də yüksək olur.
Özünəinam, çünki işinizin peşəkarı olmaq imkanınız var.
Və bunların nəticəsi olaraq, əlbəttə ki, mənəvi rahatlıq.
Peşə meyli – insanın müəyyən bir fəaliyyətlə məşğul olmağa sövq edən şəxsi istəyi və ehtiyacıdır. Peşə meyillərinizə uyğun fəaliyyət sahəsi və istiqamət seçsəniz bütün iş vəzifələrinizin öhdəsindən asanlıqla gələcəksiniz və işiniz sizə sevinc gətirəcək, karyera yüksəlişi və inkişaf perspektivləri daha əlçatan olacaq. Maraq və meyil arasında ümumi cəhətlərlə yanaşı fərqlər də var. Maraqlar “bilmək istəyirəm”, meyillər isə “etmək istəyirəm” formulu ilə ifadə olunur. Ola bilər ki, bir insan filmlərdən zövq alsın, film sənəti haqqında kitablar oxusun, aktyorların bioqrafiyası ilə maraqlansın və onların avtoqraflarını yığmağa çalışsın, lakin kino sahəsində peşəkar fəaliyyətlə məşğul olmağı heç ağlından da keçirməsin. Elə insanlar var ki, bir futbol komandasının qızğın azarkeşidir, onun heç bir oyununu buraxmır, amma eyni zamanda adi səhər idmanı belə etmir. Bunlar məhz peşəyə maraq və meylin olmadığı hallardır.
İnsanın maraq və meyillərinə uyğun peşə seçməsi böyük əhəmiyyət daşıyır. Peşə seçimində maraq və meyillərin bir-biri ilə əlaqələndirilməsi və bir-birini tamamlaması insanın və cəmiyyətin rifahı üçün ən əlverişli haldır.