ESFP Şəxsiyyət tipi
ESFP-lər ətrafdakıları valeh edən və cəlb edən canlı əyləndiricilərdir. Onlar spontant, enerjili və əyləncəni sevən insanlardır və ətraflarındakı hər şeydən, o cümlədən yeməkdən, paltardan, təbiətdən, heyvanlardan və xüsusilə insanlardan zövq alırlar:
ESFP-lər ümumiyyətlə istiqanlı və söhbətcildirlər, yoluxucu bir yaşama həvəsinə sahibdirlər. Hadisələrin mərkəzində və diqqət mərkəzində olmağı sevirlər. Onlar əyləncəli, açıq bir yumor hissinə sahibdirlər və digər insanları da özlərinə çəkib xoş vaxt keçirmələrinə kömək etməyi sevirlər.
ESFP nə deməkdir?
ESFJ, Katharine Briggs və Isabel Myerin yaratdığı metodika əsasında meydana çıxan on altı şəxsiyyət tipindən birini ifadə edən qısaltmadır. İngilis dilində ekstravert (Extroverted), praktik (Sensitive), prinsipial / həssas (Feeling), uyğunlaşan (Perceptive) sözlərinin birləşməsini ifadə edir. ENFJ başqaları ilə keçirdiyi vaxtdan enerji alan (ekstravert), fikir və anlayışlardan daha çox, fakt və detallara diqqət yetirən (praktik), hisslər və dəyərlər əsasında qərarlar qəbul edən (prinsipial / həssas), həmçinin planlı və mütəşəkkil olmaqdansa, spontan və çevik olmağı (uyğunlaşan) üstün tutan insanlardır. ESFP'lərə bəzən oynaq, enerjili olduqlarına görə Əyləndirici və ya İfaçı şəxsiyyətlər deyilir.
ESFP şəxsiyyət tipi nə qədər yayılmışdır?
ESFP dünnyada qadınlar arasında üçüncü, kişilər arasında yeddinci ən çox yayılmış şəxsiyyət tipidir. ESFP-lər:
- Ümumi əhalinin 9 % -ni
- Qadınların 10 %-ni
- Kişilərin 7% -ni
təşkil edir.
"Əyləndirici" psixoloji tipinə aid digər məqalələr:
Əyləndiricilər haqqında məlumatlar
Əyləndiricinin güclü cəhətləri