- Həssas. Əyləndiricilər (xüsusən də davakar olanlar) çox emosionaldırlar və tənqidlərə qarşı çox həssasdırlar. Onlar bəzən özlərinin bir küncə sıxıldığı hissinə qapıla və pis reaksiya verə bilərlər. Bu, yəqin ki, Əyləndiricilərin ən böyük zəifliyidir, çünki üzə çıxarılan digər zəif cəhətlərin düzəldilməsini çətinləşdirir.
- Qarşıdurmadan qaçan. Əyləndiricilər bəzən münaqişəyə məhəl qoymur və ondan tamamilə çəkinirlər. Onlar belə vəziyyətlərdən çıxmaq üçün lazım olanı söyləməyə və etməyə çalışırlar, ancaq sonra daha əyləncəli bir şeyə yönəlirlər.
- Tez sıxılan. Əyləndiricilər daim həyəcan yaratmağın yollarını özləri axtarıb tapırlar. Riskli davranış, istədiyini etmə və ani həzzi uzunmüddətli planlardadan üstün tutma Əyləndiricilər üçün tipik davranışlardır.
- Uzunmüddətli planlara inanmayan. Əyləndirici şəxsiyyət tipinə aid insanlar nadir hallarda gələcəklə bağlı ətraflı planlar qururlar. Onların fikrincə, olacağa çarə yoxdur, buna görə də nadir hallarda atılacaq addımlar və onların nəticələrini planlaşdırmaq üçün vaxt ayırırlar. Onlar hər şeyin, hətta planlaşdırılan şeylərlərin də istənilən anda dəyişə biləcəyinə inanır.
- Diqqətsiz. Uzunmüddətli fədakarlıq və diqqət tələb edən hər şey Əyləndiricilər üçün problemdir. Akademik prosesdə klassik ədəbiyyat kimi qalın, dəyişməyən mövzular psixologiya kimi dinamik, əlaqələndirilə bilən mövzulardan daha çətindir. Əyləndiricilər üçün əsl hünər geniş hədəflərdə gündəlik sevinc tapmağı öyrənmək və lazım olan darıxdırıcı işləri görməyə özünü məcbur etməkdir.