INFP şəxsiyyət tipi
INFP şəxsiyyət tipinə aid insanlar həyatda öz dəyər və inanclarını rəhbər tutan yaradıcı idealistlərdir. Bir INFP üçün mümkün olan əsasdır, bu anın reallığı isə yalnız ötəri narahatçılıq yaradır. Onlar daha yaxşı gələcək üçün potensial görürlər və öz intuisiyaları vasitəsilə həqiqət və məna axtarışındadırlar.
INFP-lər həssas, qayğıkeş və şəfqətlidirlər və həm özlərinin, həm də başqalarının fərdi inkişafına böyük önəm verirlər. Fərdiyyətçi və qərəzsiz insanlar olan INFP-lər hər kəsin öz yolunu tapmalı olduğuna inanırlar. Onlar adətən öz fikirlərini və dəyərlərini araşdırmaq üçün vaxt sərf etməyi xoşlayırlar və başqalarını da bunu etməyə həvəsləndirirlər. INFP-lər yaradıcı və bədii ruhlu olurlar, özlərini ifadə etmək üçün yeni vasitələr tapmaqdan zövq alırlar.
INFP nə deməkdir?
INFP Katharine Briggs və Isabel Myerin yaratdığı metodika əsasında meydana çıxan on altı şəxsiyyət tipindən birini ifadə edən qısaltmadır. İngilis dilində introvert (Introverted), intuitiv (iNtuitive), prinsipial/həssas (Feeling), Uyğunlaşan (Perceptive) sözlərinin birləşməsini ifadə edir. INFP-lər öz aləminə qapılan (introvert), fakt və detallardan daha çox fikir və anlayışlara diqqət yetirən (intuitiv), hisslər və dəyərlər əsasında qərarlar qəbul edən (prinsipial), həmçinin planlı və mütəşəkkil olmaqdansa spontan və çevik olmağı üstün tutan (uyğunlaşan) insanlardır. INFP digər insanlara münasibətdə simpatik idealizmi və incə şəfqətli yanaşması səbəbiylə Vasitəçi və ya Şəfa gətirən şəxsiyyət tipi adlandırılır.
INFP şəxsiyyət tipi nə qədər yayılmışdır?
INFP şəxsiyyət tipi dünya əhalisi arasında yayılma faizinə görə doqquzuncu yerdədir:
- Ümumi əhalinin 4%-ni
- Qadınların 5%-ni
- Kişilərin 4%-ni
təşkil edir.
"Vasitəçi" psixoloji tipinə aid digər məqalələr:
Vasitəçilər haqqında məlumatlar