ENFJ şəxsiyyət tipi
ENFJ-lər insanlıq üçün ən yaxşısını həyata keçirməyə yönəlmiş idealist təşkilatçılardır. Digər insanlarda potensialı görmə qabiliyyəti və başqalarını öz fikirlərinə inandırmaq bacarığına görə insanların inkişafı üçün katalizator rolunu oynayırlar. Dəyərlər və gələcəyə baxışa fokuslanıblar və insanlar üçün imkanların yaradılmasında həvəslidirlər.
ENFJ-lər səciyyəvi olaraq fəal və qətiyyətlidirlər, həmçinin öhdəsindən gəlmək üçün çox işləri var. Onlar başqalarının ehtiyaclarına uyğunlaşır və insan əzablarının kəskin fərqindədirlər; Bununla yanaşı, nikbin və irəliyə baxan, intuitiv olaraq inkişaf üçün fürsəti görə bilən insanlardır. ENFJ-lər iddialıdır, lakin ambisiyaları özlərinə xidmət etmir: əksinə, dünyanı daha yaxşı yerə çevirmək üçün şəxsən məsuliyyət hiss edirlər.
ENFJ nə deməkdir?
ENFJ, Katharine Briggs və Isabel Myerin yaratdığı metodika əsasında meydana çıxan on altı şəxsiyyət tipindən birini ifadə edən qısaltmadır. İngilis dilində ekstravert (Extroverted), intuitiv (iNtuitive), prinsipial/həssas (Feeling) və mühakimə edən / (Judging) sözlərinin birləşməsini ifadə edir. ENFJ başqaları ilə keçirdiyi vaxtdan enerji alan (ekstravert), fakt və detallardan daha çox fikir və anlayışlara diqqət yetirən (intuitiv), hisslər və dəyərlər əsasında qərarlar qəbul edən (prinsipial/həssas), həmçinin spontan və çevik olmaqdansa, planlı və mütəşəkkil olmağı üstün tutan (mühakimə edən) insanlardır. ENFJ-lərə başqalarının inkişafına kömək etdikləri üçün tez-tez Öndər və ya Müəllim şəxsiyyət tipi deyilir.
ENFJ şəxsiyyət tipi nə qədər yayılmışdır?
ENFJ, xüsusilə kişilər arasında daha az yayılmış tiplərdən biridir. Kişilər arasında ENFJ ən nadir ikinci tipdir. ENFJ-lər:
- Ümumi əhalinin 3% -ni
- Qadınların 3% -ni
- Kişilərin 2% -ni
təşkil edir.
"Öndər" psixoloji tipinə aid digər məqalələr: