INTP Şəxsiyyət tipi
INTP-lər məntiqi analiz, sistem və konstruksiyalara heyran olan fəlsəfi yenilikçilərdir. Onlar nəzəriyyə ilə məşğul olurlar və gördükləri hər şeydə universal qanun axtarırlar. Həyata dair mövzuları bütün mürəkkəblikləri ilə anlamaq istəyirlər.
INTP-lər, dərin fikirlərə qapıldıqları üçün ətraf aləmə biganə görünə bilən qərəzsiz, analitik müşahidəçilərdir. Vaxtlarının çox hissəsini daxili aləmə fokuslanmaqla keçirirlər: konsepsiyalar araşdırmaq, əlaqələr qurmaq və anlaşma axtarmaq. Məntiqçi adlanan INTP-lər üçün həyat kainatın sirlərini tapmaqda davam edən araşdırmadır.
INTP nə deməkdir?
INTP, Katharine Briggs və Isabel Myerin yaratdığı metodika əsasında meydana çıxan on altı şəxsiyyət tipindən birini ifadə edən qısaltmadır. İngilis dilində introvert (Introverted), intuitiv (iNtuitive), düşünən (Thinking) və uyğunlaşan (Perceptive) sözlərinin birləşməsini ifadə edir. INTP -lər öz aləminə qapılan (introvert), fakt və detallardan daha çox fikir və anlayışlara diqqət yetirən (intuitiv), məntiq əsasında qərarlar qəbul edən (düşünən), həmçinin planlı və mütəşəkkil olmaqdansa, spontan və çevik olmağı üstün tutan (uyğunlaşan) insanlardır. Mürəkkəb sistemləri intuitiv şəkildə başa düşdükləri üçün bəzən Məntiqçi şəxsiyyətlər adlandırılır.
INTP şəxsiyyət tipi nə qədər yayılmışdır?
INTP, xüsusilə qadınlar arasında daha az yayılmış şəxsiyyət tiplərindən biridir. Qadınlar arasında INTP ən nadir dördüncü tipdir (INTJ, ENTJ və INFJ-dən sonra). INTP-lər:
- ümumi əhalinin 3% -ni
- Kişilərin 5% -ni
- Qadınların 2% -ni
təşkil edir.
"Məntiqçi" psixoloji tipinə aid digər məqalələr:
Məntiqçilər haqqında məlumatlar