ISTJ Şəxsiyyət Tipi
ISTJ-lar məsuliyyətli təşkilatçılardırlar, sistemlər və qurumlar daxilində nizam yaratmaq və tətbiq etməkdə meyillidirlər. Daxildə və xaricdə səliqəli və nizamlıdırlar, etdikləri hər şey üçün bir prosedura sahibdirlər. Etibarlı və məsuliyyətli olan ISTJ-lər ənənəni qorumaq və qaydalara riayət etmək istəyirlər.
ISTJ-lər sabit, məhsuldar köməkçilərdir. İntrovert olamlarına baxmayaraq, ISTJ-lər nadir hallarda təcrid olunurlar; tipik ISTJ-lər həyatda aid olduqları yeri bilirlər və qurulmuş təşkilat və sistemlərdə necə töhfə verə biləcəklərini anlamaq istəyirlər. Sosial qaydanın qorunması və standartların təmin olunmasında maraqlıdırlar.
ISTJ nə deməkdir?
ISTJ, Katerina Briqs və İzabel Myers tərəfindən yaradılan on altı şəxsiyyət tipindən birini təsvir etmək üçün istifadə olunan bir qısaltmadır. İntrovert (Introverted), Praktik (Sensing), Düşünən (Thinking), Mühakimə edən (Judging) mənasını verir. ISTJ tək keçirdiyi vaxtdan enerji alan (introvert), fikir və konsepsiyalardan daha çox həqiqətlərə və detallara diqqət yetirən (praktik), məntiq və ağılı əsas götürərək qərarlar verən (püşünən), spontan və çevik olmaqdansa, planlı və mütəşəkkil olmağı üstün tutan (mühakimə edən) insanı ifadə edir. ISTJ-lər detallara diqqət etdikləri və işləri düzgün aparmaqda maraqlı olduqları üçün bəzən İdarəçi və ya Müfəttiş şəxsiyyətlər olaraq da adlandırılırlar.
ISTJ şəxsiyyət tipi nə dərəcədə yayğındır?
ISTJ populyasiyada üçüncü, kişilər arasında ən çox görülən növdür. ISTJ-lər:
- ümumi əhalinin 12% -i;
- kişilərin 16% -i;
- qadınların 7% -ini
təşkil edir.
"İdarəçi" psixoloji tipinə aid digər məqalələr: