ESTJ-lərin öyrənmə tərzi
ESTJ-lərin öyrənməsini stimullaşdıran əsas sual - "Bu problemi həll edəcəkmi?".
Onların marağı nə qədər yüksək olsa, nəzəriyyənin tətbiqilə bir o qədər tezməşğul olacaqlar . Bu tip tələbələrə praktik iş tapşırınvə onlar xoşbəxt olacaqlar, video və əyani/vizual vəsaitlərdən öyrənmək imkanı verin, daha da xoşbəxt olacaqlar.
Onların öyrənməsinə necə kömək etmək olar? Onlara əl işi və praktiki kurs işləri verin, onları sinif diskussiyalarına cəlb edin, materialı məntiqi bir şəkildə çatdırın, video materiallardan istifadə edin.
ESTJ-lər təcrübə, təhlil və yaddaş vasitəsilə daha yaxşı öyrənirlər. Onlar ardıcıl rejim və aydın gözləntilərin olduğu çətin, yaxşı strukturlaşmış mühitdə inkişaf edirlər. Təlimatların aydın, ardıcıl qaydada veriməsini və materialın mümkün olduqca vizual şəkildə təqdim olunmasını xoşlayırlar. Onlar adətən qeydlər götürür,faktları və təfərrüatı yaxşı yadda saxlayırlar. İntuitiv müəllimlər tərəfindən tez-tez istifadə olunan dolayı, mücərrəd tədris yanaşmasına yox, xətti/birbaşa tədrisə üstünlük verirlər. Onlar adətən riyaziyyat, tarix və hər hansı praktiki və ya tətbiqi tapşırıqlarda bacarıqlıdırlar.
ESTJ-lər qrup tipli tədris və müzakirələrdə yaxşı nəticə göstərirlər. Həmyaşıdları ilə birgə səsli düşünməyi, anlayışları daha yaxşı başa düşmək üçün fakt və fikirləri müzakirə etməyi sevirlər. Onlar araşdırma aparan tələbələrlə birgə işlədikdə çətinlik çəkə bilərlər, çünki bu tiplər ESTJ-lərin diqqətli, strukturlaşdırılmış yanaşmasından fərqli olaraq, daha çox adaptiv, qeyri-formal yanaşma tətbiq edirlər. Ekstrovert olduqları üçün ESTJ-lər praktiki layihələrdən və həmyaşıdları ilə birgə işləməkdən zövq alırlar. Onlar bir qayda olaraq lider mövqe tutmaqdan, qrup müzakirələri və fəaliyyətlər təşkil etməkdən məmnunluq duyurlar.
MBTI təlimatına əsasən, ESTJ-lərin akademik özünə inamı adətən yüksək olur və onlar beynin sol yarım kürəsi vasitəsilə öyrənirlər. Bu, peşə və texniki-peşə müəllimləri arasında ən çox rast gəlinən şəxsiyyət tipidir. ESTJ bakalavr təhsili alan tələbələr arasında ümumi balı ən yüksək dörd tipdən biridir.