ENTP Şəxsiyyət tipi
ENTP-lər intellektual cəhətdən çətin problemlərə yeni həll yolları tapan yüksək motivasiyalı yenilikçilərdir. Onlar maraq dolu və ağıllıdırlar və onları əhatə edən insanları, sistemləri və prinsipləri anlamağa çalışırlar. Açıq fikirli və qeyri-ənənəvi xəyalpərəst olan ENTP-lər digər insanları analiz etmək, anlamaq və onlara təsir etmək istəyirlər.
ENTP-lər fikirlərlə oynamağı və xüsusən başqaları ilə zarafat etməyi sevirlər. Hazırcavablıqlarını və dil biliklərini digər insanlardan üstün olmaq üçün istifadə edirlər, tez-tez onların vərdişləri və qeyr-adi xüsusiyyətləri ilə əylənirlər. ENTP başqalarına meydan oxumağı xoşlasa belə, sonunda adətən yaşamaqdan və yaşatmaqdan xoşbəxt olurlar. ENTP-lər nadir hallarda mühakimə edirlər, lakin özləri ilə ayaqlaşa bilməyən insanlar üçün səbrləri yoxdur.
ENTP nə deməkdir?
ENTP, Katharine Briggs və Isabel Myerin yaratdığı metodika əsasında meydana çıxan on altı şəxsiyyət tipindən birini ifadə edən qısaltmadır. İngilis dilində, ekstravert (Extroverted) intuitiv (iNtuitive), düşünən (Thinking) və uyğunlaşan (Perceptive) sözlərinin birləşməsini ifadə edir. ENTP-lər, başqaları ilə keçirdiyi vaxtdan enerji alan (ekstravert), fakt və detallardan daha çox fikir və anlayışlara diqqət yetirən (intuitiv), məntiq əsasında qərarlar qəbul edən (düşünən), həmçinin planlı və mütəşəkkil olmaqdansa spontan və çevik olmağı üstün tutan (uyğunlaşan) insanlardır. ENTP-lərə cəld düşünmə qabiliyyətinə və mübahisəni sevdiklərinə görə Depatçı, yeni və yenilikçi fikirlərinə görə isə Xəyalpərəst şəxsiyyətlər də deyilir.
ENTP şəxsiyyət tipi nə qədər yayılmışdır?
ENTP dünya əhalisində nadir görülən şəxsiyyət tiplərindən biridir. ENTP-lər:
- Ümumi əhalinin 3% -ni
- Kişilərin 4% -ni
- Qadınların 2% -ni
təşkil edir.
"Debatçı" psixoloji tipinə aid digər məqalələr: