INFJ şəxsiyyət tipi
INFJ-lər güclü şəxsi bütünlük duyğusuna malik olan və başqalarına potensiallarını reallaşdırmağa kömək etməyə çalışan yaradıcı tərbiyəçilərdir. Yaradıcı və fədakar olduqlarına görə başqalarına şəxsi problemlərinin öhdəsindən gəlmək üçün orijinal həll yolları vasitəsilə kömək etmək istedadına malikdirlər.
INFJ şəxsiyyət tipi başqalarının duyğularını və motivasiyalarını sezmək qabiliyyətinə malikdir və çox vaxt başqasının özünü necə hiss etdiyini onun özündən daha tez anlayır. Özlərinin başqaları haqqında fikirlərinə etibar edirlər və insanları oxumaq qabiliyyətlərinə möhkəm inanırlar. Onlar həssas olduqları qədər, həm də təmkinlidirlər. INFJ qapalı tipdir və şəxsi düşüncə və hisslərini bölüşməkdə seçicidir.
INFJ nə deməkdir?
INFJ Katharine Briggs və Isabel Myerin yaratdığı metodika əsasında meydana çıxan on altı şəxsiyyət tipindən birini ifadə edən qısaltmadır. İngilis dilində introvert (Introverted), intuitiv (iNtuitive), prinsipial/həssas (Feeling), mühakimə edən / (Judging) sözlərinin birləşməsini ifadə edir.
INFJ tipi “Aktivist”, "Məsləhətçi", “Müdafiəçi” kimi adlarla ifadə olunur və idealist, mərhəmətli və həssas kimi təsvir olunur.
INFJ-lər öz aləminə qapılan (introvert), fakt və detallardan daha çox fikir və anlayışlara diqqət yetirən (intuitiv), hisslər və dəyərlər əsasında qərarlar qəbul edən (prinsipial/həssas), həmçinin spontan və çevik olmaqdansa planlı və mütəşəkkil olmağı (mühakimə edən) üstün tutan insanlardır.
INFJ şəxsiyyət tipi nə qədər yayılmışdır?
INFJ dünya əhalisi arasında ən nadir şəxsiyyət tipi hesab olunur. Kişilər arasında ən az yayılmış, qadınlar arasında isə üçüncü tipdir (INTJ və ENTJ-dən sonra). INFJ-lər:
- Ümumi əhalinin 2%-ni
- Qadınların 2%-ni
- Kişilərin 1%-ni
təşkil edir.
"Aktivist" psixoloji tipinə aid digər məqalələr: