ISFP Şəxsiyyət Tipi
ISFP-lər indiki anla yaşayan və ətrafından şən, təmkinli coşğu ilə zövq alan alicənab qayğıkeş tiplərdir. Onlar çevik və spontandırlar, eləcə də həyatın təklif etdiyi şeylərdən zövq almaq üçün axınla getməyi xoşlayırlar. ISFP-lər sakit, təvazökardır və onları tanımaq çətin ola bilər. Lakin onları yaxşı tanıyanlara qarşı ISFP isti və səmimi, həyatın bir çox təcrübələrini bölüşməkdə istəklidir.
ISFP-lər güclü bir estetik hissə malikdir və ətraflarında gözəllik axtarırlar. Onlar hislərlə əlaqəli işlərə uyğundurlar və adətən incəsənətlə bağlı təbii bir istedada sahib olurlar. ISFP-lər cisimləri manipulyasiya etməyi çox yaxşı bacarırlar, boya fırçaları və heykəltəraş bıçaqları kimi yaradıcılıq alətlərini böyük ustalıqla istifadə edə bilərlər.
ISFP nə deməkdir?
ISFP, Katerina Briqs və Izabel Myers tərəfindən yaradılan on altı şəxsiyyət tipindən birini təsvir etmək üçün istifadə olunan qısaltmadır. İntrovert (Introverted), Praktik (Sensing), Prinsipial / Həssas (Feeling), Uyğunlaşan (Perceptive) anlamına gəlir. ISFP tək keçirdiyi vaxtdan enerji alan (introvert), fikir və konsepsiyalardan daha çox faktlara və detallara diqqət yetirən (praktik), hiss və dəyərlərə əsaslanan qərarlar verən (prinsipial / həssas), planlı və mütəşəkkil olmaqdan daha çox spontan və çevik olmağı üstün tutan (uyğunlaşan) insanı ifadə edir. ISFP-lərin spontan xarakterinə və estetik baxımdan xoşagələn işlər yaratmaqda özlərinə xas həssaslıqlarına görə onları Macəraçı və ya Rəssam şəxsiyyətlər adlandırılırlar.
ISFP şəxsiyyət tipi nə dərəcədə yayğındır?
ISFP populyasiyada dördüncü ən çox yayılmış növdür.
ISFP-lər:
- ümumi əhalinin 9% -i;
- qadınların 10% -i;
- kişilərin 8% -i
təşkil edir.
"Macəraçı" psixoloji tipinə aid digər məqalələr: