Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Yeniyetmə valideynlərinə tövsiyələr

 

Valideynlər üçün bəzi məsləhətlər:

 

- Etibarlı münasibət yaradın. Yeniyetmə övladınızın fikirlərini sona qədər dinləyin və münaqişəni sakit şəkildə həll etməyə çalışın. Ailədaxili verilən qərarlara övladınızı cəlb edin. Ailənin vacib hissəsi olduğunu hiss etdirin; 

- Başqaları ilə müqayisə etməyin. Övladınızı səhvlərə görə başqasının yanında danlamayın, səhvini görməyinə şərait yaradaraq, uğursuzluqlarından nəticə çıxarmağı təbliğ edin. Güclü tərəflərini qabardın, etdiyi düzgün hərəkətlərinə görə tərifləyin; 

- Kompromisə gedin. Onu dinləməyə, dediklərinə diqqət göstərməyə çalışın. Məsələyə onun baxış bucağından baxmağa cəhd edin. Unutmayın ki, o da sizin kimi stres yaşaya bilər. Buna görə də heç vaxt qəzəbli halda problemi müzakirə etməyinEmosiyalarınızın yatışmasına zaman verərək ona güvənməyə, inanmağa, onunla dürüst olmağa çalışın; 

- Hisslərini paylaşmağa təşviq edin. Onunla ünsiyyət qurmağın yollarını tapın. Buna sadəcə “gününü necə keçirdin?” sualını verərək başlaya bilərsiniz. Heç nəyə baxmayaraq, hər zaman onun yanında olduğunuzu, nə hiss etdiyini və nə düşündüyünü eşitmək istədiyinizi xatırladın. Bu zaman o, problemi yaranacağı təqdirdə bunu ilk növbədə sizinlə bölüşəcək;

- Övladınıza dəstək olmaq üçün vaxt ayırın. Hərdən gündəlik işlərinin üzərində birlikdə çalışın. Məktəbdə verilən tapşırıqları ev işlərilə uyğunlaşdıra bilərsiz, məsələn, nahardan öncə ev tapşırığını tamamlamaq hədəfini təyin edə bilərsiniz. Yeniyetmə övladınıza məktəb tapşırıqlarına, ev işlərinə və ya digər məşğul olduğu fəaliyyətlərə ara verib, xoşuna gəldiyi işlərlə məşğul olmağa təşviq və dəstək yollarını tapın;

- Münaqişələri birgə yoluna qoyun. Hər şeyi öz təcrübənizə, yaşınıza və sosial vəziyyətinizə əsaslanaraq sübut etməyə çalışmayın. Yeniyetmə övladınız məyusluğa qapılıbsa, problemlərin həlli üzərində onunla birgə çalışın. Bu halda onu qınamamağa və hansı addım atmalı olduğunu diktə etməməyə çalışın. Aranızdakı münaqişələri minimuma endirməyə çalışın;

-Şəxsi azadlığına hörmət edin. Yeniyetməlik dövrü – uşağın müstəqilliyə сan atdığı dönəmdir. Bu zaman övladınız sərbəstliyi və öz individuallığını kəşf etməyə çalışır. Övladınızın bu dönəmdən maximal fayda ala bilməsi üçün ona yalnız özünə sərf edə biləcəyi vaxt və şəxsi məkan ayırmağa çalışın. Şəxsi vaxt və məkana ehtiyac – böyümənin normal bir hissəsidir. Öz dostları, ətrafı ilə ünsiyyət ona bu yaşda olduqca vacibdir. Məhz bu yaşda onların yeni maraqları yaranır: müsiqi, rəqs, ədəbiyyat, kolleksiyalaşdırma, kulinariya, rəsm və ya daha spesifik maraqlar. Yeni maraqlar vasitəsilə yeniyetmə özünü kəşf etməyə və tanımağa çalışır. Amma bu sizi qorxutmasın, yeniyetməyə müəyyən azadlıqlar vermək, onu tamamilə sərbəst buraxmaq və laqeydlik göstərmək demək deyil;

- Laqeyd yanaşmayın. Onun həyatında baş verən hər bir şeyə maraq göstərməyə çalışın. Övladınız sizinlə hər hansı bir məlumatı paylaşdığı zaman, bu sizə maraqlı olmasa belə, bunu büruzə verməyin. Münasibətin düşməni məhz laqeydlik hissidir. Əgər övladınızın yeni bir marağı yaranarsa, sizə bu marağın əhəmiyyətsiz gəldiyi halda belə, ona bunu qadağan etməyin, mümkün qədər dəstəkləyin. Ona bu yolda kömək etməyə, düzgün istiqamət verməyə, maraqlarına dair müstəqil fikir formalaşdırmasına vasitəçi olmağa çalışın.

 

Unutmayın, yeniyetmə övladınıza münasibətlərinizin necə olmasından asılı olmayaraq sevginizi, dəstəyinizi, hər daim köməyinizi, hər zaman onun yanında olacağınızı hiss etdirməyiniz olduqca vacibdir.