Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Sinifdə bullinqin qarşısını necə almaq olar?

Zorbalıq (bullinq) geniş yayılmış və aktual mövzulardan biridir. Beynəlxalq statistikaya görə, dünyada hər üç uşaqdan biri bullinqə məruz qalır.

Zorbalıq - həmyaşıdları tərəfindən uşaqlardan birinə qarşı yönəlmiş davamlı aqressiv davranışdır.

Bu davranışda üç əsas rol müşahidə olunur: aqressor, qurban və müşahidəçi.

Bir çox tədqiqatlar göstərir ki, zorbalıq hər bir iştirakçıda - həm qurbanda, həm aqressorda, həm də müşahidəçidə çox ciddi izlər buraxır. Qurban üçün bu travmatik bir təcrübədir və yeniyetmənin şəxsiyyətinin inkişafına, özünüqiymətləndirməsinə, eləcə də həmyaşıdları ilə qarşılıqlı münasibətinə mənfi təsir göstərir. Zorbalıq "qurbanları" əsasən həssas, qapalı və utancaq olurlar. Bu şəxslərdə yüksək təşviş müşahidə olunur, özünüqiymətləndirmələri də adətən aşağıdır. Qurbanın zorbalığa məruz qalma səbəbləri müxtəlif ola billər: məsələn fiziki qüsurlar, müəllimlərin qeyri-müəyyən münasibəti, psixoloji xüsusiyyətlər, etnik xüsusiyyətlər və s.

Aqressorlarda isə orta və ya aşağı səviyyəli təşviş müşahidə olunur, onlarda dominantlıq və başqalarını özünə tabe etmə tələbatı çox yüksəkdir, davranışlarında aqressiya müşahidə olunur və bir qayda olaraq, onlar bu kimi davranışa xüsusi önəm vermir, fəsadları haqda düşünmür və özlərinə haqq qazandırırlar.

Müşahidəçilər mövqeyinə görə bir neçə qrupa bölünür: aqressorların köməkçiləri olan müşahidəçilərdə orta səviyyəli özünüqiymətləndirmə, qurbanların müdafiəçiləri olan müşahidəçilərdə isə son dərəcə yüksək özünüqiymətləndirmə müəyyən edilir. Neytral müşahidəçilərdə isə kifayət qədər yüksək dərəcəli dözümlülük müşahidə olunur.

Araşdırmalar göstərir ki, aqressorluq daha çox valideynlər tərəfindən diqqətsizlik və isti münasibətin göstərilmədiyi uşaqlarda özünü büruzə verir. Belə valideynlər həmçinin adətən uşağin ətrafdakı insanlara qarşı olan aqressiv münasibətini görməməzlikdən gəlirlər. Aqressorluğun bir başqa tərəfi isə uşağın valideynləri tərəfindən aqressiv davranışa məruz qalması və bu kimi halların nəticəsi olaraq uşağın - özünü müdafiə etməyin yeganə yolunun gücünü göstərmək olması fikrinin formalaşmasıdır.

Məktəb mühiti də zorbalığın yaranmasına təsir göstərir. Birincisi, məktəbin mövqeyi zorbalığa qarşı müəyyən ambivalentlilik (ziddiyyətlilik) ilə səciyyələnir. Belə ki, məktəb heyəti zorbalığın qaynaqlarını yeniyetmələrin psixoloji xüsusiyyətlərində axtarmağa daha çox meyillidir, bunu məktəbdə olan atmosferlə əlaqələndirməkdən çəkinirlər. İkincisi, məktəblərdə zorbalığın nə əsl səbəbini, nə də miqyasını adətən dərk etmirlər.

 

Müəllimlər üçün tövsiyyələr.

Sinifdə olan zorbalığın qarşısının alınmasında müəlimin rolu çox mühümdür.

Müəllim sinifdə rolların necə düzgün bölüşdürülməsini bilməli və bu prosesi yönləndirməyi və ona təsir göstərməyi bacarmalıdır, sinifdə şagirdləri sevdikləri və sevmədiklərinə ayırmamalı, bərabərsizlik hissi yaratmamalıdır. İdarəetmə vasitəsi kimi uğur situasiyalarının yaradılması, yaradıcı məqsədlərin birgə qoyulması və münasibətlərdə zorbalığı və bərabərsizliyi istisna edən dəyərlər və qaydaların formalaşdırılması işə yaxşı yarayır.

Yaxşı olardı ki, müəllimlər uşaqlarla birlikdə sinif qaydalarının təkmilləşdirilməsinə təşəbbüs göstərsinlər, bu qaydaların yerinə yetirilməsi üçün əks-əlaqə formaları yaratsın və bu qaydaları pozan hərəkətlərə aydın mənəvi qiymət versinlər. Daha əlverişli olar ki, bu proses məktəb konfranslarının keçirilməsi ilə başlanılsın və burada şagirdlər və valideynlər antibullinq (zorbalığa qarşı) proqramı haqqında maarifləndirilsinlər.