Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Peşə seçimində sosial mühitin rolu

 

Yaşadığımız mühit həyatımızın bir çox sahələrinə təsir göstərir. Bu sahələrdəndən biri də peşə seçimidir. 

Peşə seçimi prosesində müxtəlif mürəkkəb amillərin təsiri müşahidə edilir. Bu prosesin gedişatı insanın gələcək həyatını, pəşəkar inkişafını və karyerasını müəyyənləşdirir. Buna görə də peşə seçiminə tam ciddiyyətlə yanaşmaq mütləqdir. Bu seçimin doğruluğunu təmin etmək üçün isə bu prosesə təsir edəcək amillərə daha detallı nəzər salmaq lazımdır. Bu amillərə ətraf mühit amili də daxildir. Ətraf mühitin təsiri barədə bəhs edildikdə ailənin, həmyaşıdların və məktəbin peşə seçiminə təsiri nəzərdə tutulur. Gəlin bu təsirləri daha detallı təhlil edək.

 

Ailə təsiri

Ailə insanın ilk sosiallaşma institutu hesab olunur. Ailədəki mühit, dəyərlər, baxış bucağı və maraqlar toplusu sosial bir fərdin formalaşmasına müəyyən istiqamət verir. İnsanın sosial-peşəkarlıq obrazının formalaşması prosesi ilk olaraq ailədə başlayır. Uşağın peşə seçimi mövzusunda valideyn yanaşmaları müxtəlif ola bilər. Reallıqda uşağın ixtisas seçiminə göstərilən maraq və diqqət olması və ya bu mövzunu önəmsəməmə, uşağın öz maraq və istəklərinə önəm vermə və ya onun əvəzinə seçim etmə kimi müxtəlif hallara rast gəlinir.

Aparılan araşdırmalar göstərir ki, 26,8% məktəblilər ixtisas seçimi zamanı valideynlərinin və yaxın qohumlarının məsləhətinə əməl edirlər. Bu da onu göstərir ki, ailənin peşəkar özünüreallaşdırma barədə təsəvvürləri gəncin  peşəkar özünüdərkinə təsir edir. Nəticə etibarı ilə, valideynlərin burada əsas vəzifəsi uşaqda müsbət sosial mövqe formalaşdırmaq və onların özünü inkişaf etdirməsi üçün lazımi mühiti yaratmaq olmalıdır. Bunun həyata keçirilməsi prosesində uşaqların maraqlarını və istəklərini nəzərə almaq, onlara seçim etmə hüququ vermək, məsuliyyəti öz üzərlərinə götürə bilməyi öyrətmək çox vacibdir. 

 

Həmyaşıdların təsiri

Yeniyetməlik dövrü üçün həmyaşıdlarla münasibətin yeniyetmə üçün xüsusi əhəmiyyət kəsb etməsi və ön plana çıxması səciyyəvidir. Həmyaşıdları ilə ünsiyət vasitəsilə yeniyetmələr özünü və ətrafı təhlil edir və təsəvvürlərini genişləndirir. Onlar üçün həmyaşıdları və dostları tərəfindən qəbul edilmək vacibdir. Buna görə də yeniyetmələr ixtisas seçərkən dost və həmyaşıdlarının mövqeyinə diqqət yetirir. Bu yaş dövründə onlar ortaq maraqlara, zövqlərə və hobbilərə əsaslanaraq müəyyən sosial qruplar yaradır və yeniyetmə belə sosial qruplara mənsubluğunu hiss edərək sosiallaşmanın önəmli mərhələrindən birinə qədəm vurur. Nəticə etibarı ilə, doğru sosial qrup seçmək əhəmiyyətlidir, çünki bu qrupda qəbul edilən norma və dəyərlər onun üzvləri tərəfindən mənimsənilir. Lakin bu, yeniyetmənin öz istəklərinə və ehtiyaclarına zidd olmamalıdır. 

 

Orta təhsil müəssisəsinin (məktəbin) təsiri

Məktəblilərin peşə seçiminin bünövrəsi demək olar ki, ibtidai sinifdən qoyulur. Bu, məktəblinin irəlidə daha şüurlu və müstəqil seçim etməyinə kömək edir. Bu gün yeniyetmələrin peşə istiqamətləndirilməsi ən mühüm pedaqoji və psixoloji problemlərdən biridir. Məktəb şağırdın dinamik cəmiyyətdə uğurlu adaptasiyası üçün onu daha şüurlu və məsuliyyətli bir seçim etməyə hazırlamalıdır. Bu istiqamətdə görülməsi zəruri olan işlərdən biri məktəblini müxtəlif peşə sahələri ilə tanış etmək və məlumatlandırmaqdır. Müxtəlif peşə sahələri ilə tanışlıq prosesində eldə edilmiş məlumat məktəblilərə müəyyən peşə istiqaməti seçərkən bir çox zəruri amilləri görüb nəzərə almağa kömək edir. Bu fəaliyyət məktəb və universitetlərin sıx əməkdalığı ilə mümkündür. 

 

Həmçinin unutmamaq lazımdır ki, yeniyetmələr bu məsuliyyətli seçimdə sosial mühitin dəstəyinə ehtiyac duyurlar. Belə ki, ətrafdakıların dəstəyi onların özlərinə və seçimlərinə inamını gücləndirir.