Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Yeniyetməlik dövrünə xas problemlər

 

Yeniyetməlik dövrü – krizis dövrüdür, çünki bu zaman yeniyetmənin orqanizmində bir sıra dəyişikliklər baş verir, inkişaf prosesləri sürətlənir. Yeniyetmənin özü haqqında təsəvvürləri, bədəni və ona münasibəti dəyişir. Məhz bu dövrdə yeniyetmənin valideynləri ilə münasibətləri korlana və ya aralarında məsafə yarana bilər. Nə qədər qəribə səslənsə də, çox vaxt ən ciddi məsələlər də elə bu yaş dövründə baş verir. 

Bəzi hallarda yeniyetmə özü üçün bir “divar hörür” ki, valideyn belə onun digər tərəfinə keçməkdə çətinlik çəkir. Bir çox valideyn belə hallarla qarşılaşdıqda psixoloqun köməyindən yararlanır, bəziləri isə məsələni tək başına həll etməyə çalışır. Bu dövrü hər yeniyetmə bir cür keçirə bilər:  biri diqqət mərkəzində olmağa, başqalarından fərqlənməyə çalışar, digəri isə utancaq olub “gözəgörünməz” olmaq istəyər. Bu dönəm bir yeniyetmə üçün həmyaşıdlarının onun barəsində fikirləri və onu qiymətləndirməsi, valideynin fikirlərindən və qiymətləndirməsindən daha vacibdir. 

 

Yeniyetməyə xas olan bəzi xüsusiyyətlər aşağıdakılardır:

 

- Emossionallıq və əsəbilik. Bir çox yeniyetmədə yüksək emosionallıq və əsəbilik müşahidə olunur. Belə yeniyetmələrin duyğuları sanki “ağ və qara” çalarlardan ibarət olur “sevmək - nifrət etmək”, “coşğunluq - apatiya”, “həssaslıq - eqoizm” və sairə.  Bunlar əsasən yeniyetmənin psixoloji durumunu təyin edən hormonal sıçrayışlar ilə əlaqədardır. Lakin ailədə və həmyaşıdları ilə problemlər, yanlış ünsiyyət və yanaşma strategiyaları, komplekslər və qorxular belə halları əlavə olaraq kəskinləşdirə bilər.

- Təcrid olma meyili. Bir yeniyetmə üçün yaşıdları tərəfindən qəbul olunmama fikri çox ağırdır. Cəmiyyətdəki rolu onun üçün son dərəcə vacibdir. Bir yeniyetmə üçün həmyaşıdları tərəfindən sevilməməsi hissi dünyanı onun gözündə qaralda bilər. Bu qorxu özünəqapanma və sosial əlaqələrin kəsilməsinə səbəb ola bilər. Belə hallarda ailənin dəstəyi olduqca vacibdir. Əgər yeniyetmə övladınız həmyaşıdları arasında özünü narahat hiss edirsə, ünsiyyət dairəsini genişləndirməsinə, maraq və məşğuliyyətlər tapmasında ona kömək etməyə çalışın.

- Müstəqillik. Yeniyetmə öz şəxsiyyətini formalaşdırmağa başlayır, bununla bərabər onun müstəqillik tələbatı artır. Bu dövrdə o, valideynlərindən qismən ayrılaraq, sərbəst olmağa can atır. Öz əhatəsi, dostları, fikirləri onun üçün əhəmiyyət kəsb edən insanlar həyatında xüsusi yer alır. Müstəqilliyə meyil, uşağın valideynlərini sevmədiyi demək deyil, bu yalnız müstəqil olmağa hazır olduğunu özü özünə təsdiq etmə, qərar verməyi öyrənmək cəhdləridir . 

- Özünəinam. Yeniyetmənin həyatında özünəinam böyük rol oynayır və əksər hallarda bu hiss olduqca qeyri-stabil şəkildə dəyişir. Bu yaş dövründə ən xırda məqamlar belə yeniyetmənin özünəinam hissinə ciddi zərbə endirə bilər. Səbəblərdən biri kimi, valideynin onu digər həmyaşıdları ilə müqayisə etməsi, başqasının yanında acılaması belə onda gözlənilməz kəskin incikliyə, özünəqapanmaya və nəticədə onun özünü bacarıqsız hiss etməsinə gətirib çıxara bilər.