Yanğınsöndürən

Yanğınsöndürən

Yanğınsöndürən yanğınların söndürülməsi və insanların yanğından xilas edilməsi ilə məşğul olan mühafizə işçisidir. Yalnız atəşin yaranma ocağını aşkar etmək deyil, həm də onun yaxınlıqda yerləşən obyektlərə - digər mərtəbələrə və ya qonşu evlərə keçməsinə yol verməmək lazımdır. Əlavə olaraq, yanğınsöndürən hadisə yerinə baxır, yanğının yeri və mənbəyi haqqında rəy tərtib edir, ekspert qiymətləndirməsini aparır və yanma faktını müəyyən edir.

Funksiyalar:

  • Yanğının söndürülməsi;
  • İnsanların xilas edilməsi;
  • Qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması; 
  • Maddi dəyərlərin evakuasiyası;
  • Xüsusi avadanlıqdan istifadə edərək konstruksiyaların açılması və sökülməsi;
  • Zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi.

Zəruri keyfiyyətlər:

  • Сəsarətlilik;
  • Güclü sinir sistemi;
  • Fiziki güc və çeviklik;
  • Tez reaksiya vermək bacarığı;
  • Stresə qarşı müqavimət;
  • Təcili hallarda tez qərar qəbul etmək qabiliyyəti;
  • Komandada birgə işləmək bacarığı;
  • Yüksək şəxsi məsuliyyət;
  • İnsanlara kömək etmək və başqalarının problemlərinə şəfqət göstərmək arzusu.

Yanğınsöndürən olmaq üçün tələblər:

  • Müəyyən edilmiş minimum fiziki tələblərə uyğunluq;
  • İstiqamət üzrə ali-peşə ixtisas dərəcəsisinin olması. 

Qrup: I

Təhsil istiqamətləri:

Yanğın təhlükəsizliyi mühəndisliyi

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları 

Tədris dili

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

Ə

 

AZ