Xilasedici

Xilasedici

Xilasedici təbii fəlakətlər, texnogen qəzalar, terror aktları, daşqınlar, yanğınlar, ekoloji fəlakətlər, qəzalar, fövqəladə hallar zamanı əhaliyə yardım göstərir.

Funksiyalar:

  • Fövqəladə hadisə yerində əməliyyat şəraitinin kəşfiyyatını, zərərçəkənlərin axtarışını və ilkin qiymətləndirilməsini həyata keçirir;
  • Qəza-xilasetmə işlərinin aparılması zamanı insanları xilas edir, təxliyyə təşkil edir, ilk tibbi yardım göstərir;
  • Qəza hallarının, texnogen və təbii xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirir;
  • Fövqəladə hallarda işləməklə yanaşı, xilasedicilər bədbəxt hadisələr zamanı da kömək edirlər;
  • Əhali arasında standartlara uyğun profilaktik tədbirlər həyata keçirir.

Zəruri keyfiyyətlər:

  • Сəsarətlilik;
  • Güçlü sinir sistemi;
  • Fiziki güc və çeviklik;
  • Tez reaksiya vermək bacarığı;
  • Stresə qarşı müqavimət;
  • Təcili hallarda tez qərar qəbul etmək qabiliyyəti;
  • Komandada birgə işləmək bacarığı;
  • Yüksək şəxsi məsuliyyət;
  • İnsanlara kömək etmək və başqalarının problemlərinə şəfqət göstərmək arzusu.

Xilasedici olmaq üçün tələblər:

  • Müəyyən edilmiş minimum fiziki tələblərə uyğunluq;
  • İstiqamət üzrə ali-peşə ixtisas dərəcəsisinin olması. 

Qrup: I

Təhsil istiqamətləri:

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları 

Tədris dili

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

Ə

 

AZ