Verilənlər bazası üzrə analitik

Verilənlər bazası üzrə analitik

Verilənlər bazası üzrə analitikin əsas vəzifəsi məlumatların toplanması, işlənməsi və təfsiridir. Onların əsasında proqnozlar və planlar tərtib edilir ki, bu da biznesin aparılmasına və idarəetmə ilə bağlı qərarların qəbul edilməsinə kömək edir. Verilənlər bazası üzrə analitiklər hər zaman həcmcə böyük olan verilənlərlə (big data) çalışırlar.

Funksiyalar:

  • Analiz üçün lazım olan məlumatların toplanması və öyrənilməsi;
  • Məlumatların ilkin emalı və hipotezlərin irəli sürülməsi;
  • Toplanan məlumatların təhlili, səhvlərin düzəldilməsi;
  • Alınan məlumatlara əsaslanaraq proqnozların, planların və tövsiyələrin tərtib edilməsi;
  • Analiz nəticələrinin tərtib edilməsi, vizuallaşdırılması və nəticələrin formalaşdırılması. Müştəriyə təqdimat.

Zəruri keyfiyyətlər:

  • Statistika və proqramlaşdırma sahəsini çox yaxşı bilmə;
  • Analitik təfəkkür;
  • Məlumatı təsəvvür etmək bacarığı;
  • Problemləri həll etmək, yeni ideyalar və həllər tapmaq bacarığı;
  • Ünsiyyətçillik (komanda ilə işləmək bacarığı və analiz edilən məlumatın düzgün təqdim etmək bacarığı);
  • Böyük həcmdə olan verilənlər ilə işləmək bacarığı. 

Verilənlər bazası üzrə mühəndis olmaq üçün tələblər:

İş yerindən aslı olaraq ali təhsilin olması;

Təlim kurslarının və proqramlarının keçməsi.

Qrup: I

Təhsil istiqamətləri:

Kompüter elmləri;

İnformasiya texnologiyaları;

Riyaziyyat və kompüter elmləri.

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları

Tədris dili

1. Bakı Dövlət Universiteti

Ə

Q

AZ/RUS

2.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Ə

 

AZ/ENG/RUS

3. Azərbaycan Texniki Universiteti

Ə

 

AZ/RUS

4.Azərbaycan Memarlıq və İnşaat Universiteti

Ə

Q

AZ/ENG/RUS

5.Azərbaycan İqtisad Universiteti (Bakı, Zaqatala)

Ə

 

AZ/RUS

6. Bakı Mühəndislik Universiteti

Ə

 

AZ/ENG

7.Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Ə

 

AZ

8. “ADA” Universiteti

Ə

 

ENG

9. Milli Aviasiya Akademiyası

Ə

 

AZ

10. Naxçıvan Dövlət Universiteti

Ə

 

AZ

11.Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)

Ə 

 

AZ 

12. Sumqayıt Dövlət Universiteti

Ə

 

AZ

13. Lənkəran Dövlət Universiteti

Ə

 

AZ

14. “Azərbaycan” Universiteti

Ə

 

AZ

15. Qərbi Kaspi Universiteti

Ə

 

AZ

16. Xəzər Universiteti

Ə

 

ENG

17. Bakı Avrasiya Universiteti

Ə

 

AZ

18. “Odlar Yurdu” Universiteti

Ə

 

AZ

19. Bakı Biznes Universiteti

Ə

 

AZ

20. “Naxçıvan” Universiteti

Ə

 

AZ

21. M.V. Lomonosov adına Moskva Dövlət Universiteti (Bakı filialı)

Ə

 

RUS

 

İstiqamət üzrə faydalı kurslar:

  1. IT Step Coding Academy;
  2. Code Academy;
  3. Udemy (onlayn);
  4. Coursera (onlayn);
  5. Udacity (onlayn).