Vəkil
Vəkil fərdi şəxslərin və təşkilatların fəaliyyəti hüquqlarının müdafiəsi ilə məşğul olan və onların maraqlarını məhkəmədə təmsil edən mütəxəssisdir. Birincisi vəkil hüquqi məsələlər üzrə peşəkar yardım göstərməklə məşğul olur. İkincisi isə müştərilərin maraqlarını məhkəmədə təmsil etmək üçün lazımi məlumatların toplanmasıyla məşğul olur və onlardan məntiqli müdafiə xətti qurur. Müdafiə mövqesini ifadə etmək üçün nitqin strukturunu və sualları hazırlayaraq məhkəmədə çıxış edir.
Funksiyalar:
- Qüvvədə olan qanunvericiliyin təcrübədə tətbiqi
- Hüquqi konsaltinq, arayışların rəsmiləşdirilməsi
- İnsanların, hüquqi şəxslərin, dövlət institutlarının hüquqlarının müdafiəsinin planlaşdırılması
- İddiaların, müraciətlərin, ərizələrin, vəsaitlərin, rəylərin və digər hüquqi sənədlərin hazırlanmasında köməklik göstərmək
- Müştərinin etibarlı müdafiə mövqeyi üçün müxtəlif instansiyalara məlumat, ekspertiza, sınaq, rəy, şəhadətnamə sorğusu
- Müştərinin işinə baxılmasının mərhələləri, nəticəsi barədə məlumat verilməsi
Zəruri keyfiyyətlər:
- Səlis şəkildə fikrini ifadə etmək bacarığı;
- Yüksək intellekt;
- Natiqliq qabiliyyətləri;
- Stresə davamlılıq;
- Vəziyyətə uyğun inandırıcı arqumentlərdən istifadə etmə bacarığı;
- Məxfi məlumatları saxlamaq bacarığı;
- Məntiqi, analitik düşüncə tərzi;
- Təmkinlik.
Vəkil yaxşı psixoloji biliklərə malik olmalıdır ki, müştəri ilə münasibətində səmimiyyətə və etibarlılığa nail ola bilsin. Əməkdaşlığın nəticəsi bundan asılıdır.
Vəkil statusu qazanmaq üçün tələblər:
- Hüquqşünaslıq üzrə ali təhsilin olması;
- Hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajına malik olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərmiş olmalı;
- Vəkillik imtahanının verilməsi.
Qrup: III
Təhsil istiqamətləri:
Hüquqşünaslıq
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Tədris dili |
|
1. Bakı Dövlət Universiteti |
Ə |
Q |
AZ/ENG/RUS |
2. Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası |
Ə |
|
AZ/RUS |
3. “ADA” Universiteti |
Ə |
|
ENG |
4. Milli Aviasiya Akademiyası |
Ə |
|
AZ/RUS |
5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası |
Ə |
|
AZ |
6. Naxçıvan Dövlət Universiteti |
Ə |
Q |
AZ |