İşinizi və vaxtınızı səmərəli qurmaq üçün faydalı praktiki yanaşmalardan biri kimi Böyük Britaniyalı iş adamı Rob Murun təklif etdiyi aşağıdakı prinsiplərdən istifadə edə bilərsiniz:
1. Əvvəlcə ƏSAS vacib işləri görün.Hətta sizə indi çox vaxt aparan bir iş kimi görünsə də, yenə də ilk növbədə həll edəcəyiniz iş bu iş olmalıdır. Çünki uzunmüddətli perspektivdə bu iş daha sərfəlidir.
Bu işi gördükcə həmçinin sizin özünüzə güvəniniz və motivasiyanız artacaq. Məsələn, həftə ərzində məktub yazmalısınız, sabaha məqaləni bitirməlisiniz və dostunuz üçün darıxıb hal-əhvalını soruşmaq istəyirsiniz. Əlbəttə ki, sabah üçün vacib məqaləni ilk öncə yazmalısınız. Sonra isə dostunuzla danışıb istirahət edib digər işə keçə bilərsiniz.
2. İşlərin hansının DAHA VACİB olduğunu müəyyən edərkən səmimi olun. Özünüzü yorğun olduğunuza inandırmağa çalışmayın. Səmərəli işin gedişatı üçün özünüzlə səmimi olun. Daha vacib işləri çətin olsa da ön plana çəkin.
3. Mürrəkkəb işləri BÖLÜN.Çox MÜRRƏKKƏB bir işdirsə onu bir neçə kiçik işlərə bölüb qarşınıza kiçik məqsədlər qoya bilərsiniz. Mütləq özünüz üçün fasilələr də təşkil edin.
4. Fikirinizi BİR TAPŞIRIQDA cəmləyin. Hər dəfə sosial şəbəkələrdə səhifənizi, email-inizi yoxlamaq və ya dostunuza zəng etmək istəyəndə özünüzə OLMAZ Bununla siz idarəni əlinizə götürüb əsas tapşırığı yerinə yetirirsiniz. Fikirinizi yayındıran kənar işlərdən uzaq durun. Siz başa düşməlisiniz ki, hər dəfə işdə fikirinizi toparlamaq üçün sizə YENİDƏN VAXT VƏ ENERJİ SƏRF ETMƏK lazımdır.
5. Ən ÇƏTİN İŞLƏRDƏN BAŞLAYA bilirsinizsə, onları edin. Sizə çətin görünən işləri sonraya saxlamayın. Çünki, vaxt getdikcə onu etmək “sizin gözünüzə dura” bilər. Bu zaman gündən-günə o işi görməmək üçün qaçmağa çalışacaqsınız. Bu qorxu isə sizin enerjinizi azaldacaq, fikirlərinizi cəmləməyə qoymayacaq. Bu mürrəkkəb işi yuxarıda qeyd etdiyimiz kimi, kiçik işlərə bölə bilərsiniz. Brayan Terysinin dediyi kimi “QURBAĞANI YEYİN”. Yəni ən çətin və xoşlamadığınız işi birinci görün.
6. Öz vaxtınızın bölgüsünü ÖZÜNÜZ APARIN və başqalarının təsiri altına düşməyin. Həyatda sizin qabağınıza müxtəlif çətinliklər çıxacaq. Bu səbəbdən çevik olub hər zaman vaxtınızı planlamağı öyrənməlisiniz. Sizin vaxtınızı boş yerə sərf edən insanlara YOX deməyi öyrənin.
7. İşinizi planlaşdıranda əvvəlcə strategiya qurun. Bu çox vacibdir. Çünki strategiya, plan olmayanda siz qeyri-müəyyən addımlar atırsınız. Bununla da məqsədinizə çatmaq olduqca çətin olur. Bu halda beyniniz bilmir sizdən nə gözləsin, səhər duranda sizi necə yönləndirsin.