Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Utancaqlıq

Utancaqlıq, insanlara və heyvanlara xas olan  psixi vəziyyət və ona uyğun davranışdır. Utancaq insana qətiyyətsizlik, qorxaqlıq, gərginlik, cəmiyyət içərisində inamsılıq və ya bacarıq əskikliyindən irəli gələn tərəddüd və yöndəmsizlik kimi xarakterik xüsusiyyətlər aiddir.Utancaqlığın əsas səbəbləri aşağıdakılardır:

Utancaqlığın səbəbi uşaqlıq vaxtından yaranan hər hansı bir hal ilə əlaqəli ola bilər. Uşaq qadağalara, alçaldıcı davranışlara, qınağa məruz qalarsa onun özünə inamı aşağı ola bilər.  Bu halda o, bütün həyatı boyu büdrəmək, uğursuz olmaq, valideynin “üzünü qara çıxartmaq”, qınanmaq qorxusu ilə  yaşaya bilər. Onun özünü daha sərbəst hiss etməsi üçün valideynələri və yaxınları ona dəstək verməlidir .

Utancaqlığın başqa bir səbəbi də uşağın yaşadığı psixoloji travmalar ola bilər. Uşağı həyatda dərindən sarsıdan bir hadisə baş verərsə, o cəmiyyətdə narahatlıq hissi yaşaya bilər. Uşaqda utancaqlığının başqa səbəblərindən biri də valideynlərin seçdiyi tərbiyə üslübü ola bilər. Bunlardan əlavə, əgər valideynlər utancaq olarsa, uşağa da irsi olaraq keçə bilər.

Uşağınıza utancaqlığın öhdəsindən gəlməyə necə kömək edə bilərsiniz?

1. Uşağı olduğu kimi qəbul edin; ona müstəqil qərarlar qəbul etməyə icazə verin; qərarları sizin istəklərinizlə üst-üstə düşməsə belə, onun arzu və seçimlərinə hörmətlə yanaşın.

2. Övladınızı kiçik uğurlarını vurğulayın. Uğursuzluqların üzərində çox dayanmayın, çünki səhvsiz tam inkişaf etmək mümkün deyil.

3. Başqalarının sizinlə əlaqədar qiymətləndirməsindən asılı olmaqdansa, özünüzdə inam və müstəqillik duyğusu tərbiyə edin. Başqalarının nə düşündüyünün çox vaxt heç bir əhəmiyyəti olmur. Uşağınızı başqaları ilə (onun xeyrinə olsa belə) müqayisə etməkdən çəkinin.

4. Övladınızı müxtəlif növ dərnəklərə (teatr, rəqs, vokal dərsləri və s.) cəlb edin. Tamaşaçı qarşısında çıxış etmək uşaqlara xüsusilə faydalı ola bilər. Həmçinin, ona kiçik nailiyyətlərin belə faydalı olacağı bir idman növü ilə məşğul olmağı təklif edə bilərsiniz. Hər bir uşağın özünəməxsus istedadı var, sadəcə onları kəşf edib inkişaf etdirmək lazımdır. Bu fəaliyyət növləri uşağın özgüvəninin artmasına təkan olacaq.

5. Uşağınızı özünə ideal seçərək ona bənzəmək istəyindən daşındırın. Sözsüz ki, hər birimiz gənclik dövründə kiməsə bənzəmək üçün can atardıq. Lakin insan özünə seçdiyi kumir ilə arasındakı fərqi hiss etdiyi zaman özgüvəni aşağı düşə bilər. Uşağa mükəmməl insanın olmadığını, hər kəsin müsbət və mənfi cəhətləri olduğunu başa salın. Onun özünün başqalarına nümunə olacaq bir insan kimi yetişməsinə  kömək edin.

6. Valideynin vəzifələrindən biri də uşağa öz xarici görünüşünü sevməyi öyrətməkdir. Yalnız qızınıza deyil, eləcə də oğlunuza zövq və tərz hissini aşılamağa çalışın.

Və unutmayın ki, utancaqlıq bir xarakter xüsusiyyətidir, qüsur deyil!