Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Uşağın valideyninə güvəni

Uşaq və valideyn arasında təbii olaraq qarşılıqlı güvən hissi olur.  Bəzən valideyn tərəfindən bu mövzu həddindən artıq həssaslıqla qəbul olunur. Valideyn uşağının güvənini itirməkdən qorxmasa da, bəzən uşaq böyüdükcə öz valideyninə güvənmədiyini iddia edə bilər. Bunun səbəbləri valideyn üçün aydın olmasa da , çox vaxt uşaq valideyninin hansı hərəkətlərindən sonra ona olan güvənini itirdiyini yaxşı xatırlaya bilər. Buna səbəb isə uşaq psixikasının daha həssas olması və valideynlərini  yaxından hiss etməsidir. 

Valideynin uşağın güvənini itirməsinin bir neçə səbəbi ola bilər:

- Mənasız qadağalar qoymaq.

Qadağa özü mənasız olmasa belə əgər onun səbəbi uşağa aydın deyilsə, o, bunu boş bir tələb kimi qəbul edəcək. Əgər özünüzün etdiyiniz şeyləri uşağa qadağan etsəniz, davamlı olaraq “toxunma”, “olmaz” və s. tipli izahsız qadağalar qoysanız, o,  vəziyyəti başa düşməyərək, sizin ona dəyər vermədiyiniz duyğusuna qapıla bilər ki, bu da onun sizə olan güvənini azaldar.  Buna görə də qoyduğunuz hər bir qadağanın səbəbini əvvəl özünüz üçün aydınlaşdırın, sonra isə ona başa salmağa çalışın. 

- Söz verib yerinə yetirməmək.

Verilən sözü tutmaq uşaq tərbiyəsində valideyn tərəfdən ən az diqqət ayrılan, eyni zamanda ən vacib hesab olunan məqamlardan biridir. Ona yerinə yetirməyəcəyiniz vədlər verməyin. Uşağın istəyini yerinə yetirmək istəmirsinizsə, bunun səbəbini ona başa salın. Uşaqlıqdan onunla yetkin yaşlı şəxslə davrandığınız kimi davranın, düşünməyin ki, uşaqdırsa unudacaq və bunun heç bir fəsadları qalmayacaq. Sizin ona bir böyük kimi yanaşmanız onun empatiya hissini, öz fikirlərini və istəklərini başa salmaq bacarığını inkişaf etdirər, boş sözlər vermək vərdişinin qarşısını alar, dünyaya ümumi güvən hissini artırar, özgüvəninin sabit olmasına tövhə verər və  digər insanlara qarşı hörmətlə yanaşmasına səbəb olar. 

- Başqalarının yanında alçaldıcı şəkildə rəftar etmək.

Yaşından asılı olmayaraq hər bir uşaq üçün valideynləri onun ən çox güvəndiyi,həyatında ən vacib və dəyərli insanlardır. Valideyn hər zaman uşağına “mənim üçün səndən dəyərli heç kim yoxdur” və ya “həyatımda ən vacib insanlar ailə üzvlərimdir” deyib sonra isə başqalarının (daha dəyərsiz qiymətləndirilən insanların) yanında alçaldıcı şəkildə rəftar edərsə və ya uşağın tərəfini saxlamazsa, o özünü xəyanətə uğramış kimi hiss edər (məsələn, müəllim uşaq haqqında pis nələrsə dedikdə, müəllimin yanında onu danlamaq yerinə, sadəcə evdə onunla danışacağınızı bildirərək, evdə uşaqla yaranan məsələni müzakirə edib, həll yolunu tapın). Bu isə öz növbəsində valideynə qarşı güvənin zəifləməsinə səbəb olur.

Tez-tez başqaları ilə müqayisə etmək və bunun nəticəsində başqalarını tərifləmək.

Bu, uşağın özgüvəninin zəifləməsinə və sizin onun bacarıq və biliklərinə inamınızın olmadığını düşünməsinə səbəb ola bilər. Nəticədə, o sizinlə  öz uğurlarını, qorxularını, uğursuzluqlarını paylaşmaq istəməyəcək, çünki artıq sizin ona güvəndiyinizə inamayacaq.

Valideynlərə güvənləri zəifləsə belə, uşaqların əksəriyyəti valideyn güvənini itirmək qorxusu ilə yaşayır. Bu, normal qorxu kimi səslənsə də, çox pis hadisələr ilə nəticələnə bilən bir haldır.