Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Uşağın peşə seçiminə valideynin dəstəyi

Hamımız bilirik ki, ölkəmizdə bir dəfə dövlət sifarişli təhsil alma imkanı var. Uşağınıza kömək edin ki, belə bir ciddi məsələdə səhvə yol verməsin və arzuladığı peşəni seçə bilsin. Birincisi, övladınızı uşaqlıqdan müstəqil olaraq tərbiyə edin ki, o, öz mövqeyini müdafiə edə bilsin və gələcəkdə avtoritar rəyə arxalanmayaraq və öz istəklərini üstün tutaraq sərbəst şəkildə seçimini edə bilsin. Ona görə də uşaqlara seçim hüququ verin, onun təşəbbüsünü dəstəkləyin. Səhər yatağını düzəltmək, gəzinti üçün öz istədiyi paltarını seçmək, yemək bişirmək və ya səhər yeməyində nə yemək istədiyini soruşmaq kimi ən əsas şeylərdən başlaya bilərsiniz. Bu kimi kiçik şeylər onun müstəqilliyini inkişaf etdirəcək. O, gələcəkdə daha cəsarətli olaraq sevimli peşəsi ilə bağlı universitetə qəbul olmaq kimi məqsədinə çata biləcək. Öz növbəsində qeyd etmək lazımdır ki, məktəbi bitirən uşaqların bir hissəsi nə etmək istədiklərini dəqiq başa düşmürlər. Uşağınızı bu situasiyada tələsdirməyin, bu onun həyatıdır və nə istədiyini özü qərar verməlidir.

İkincisi, uşağınızla birlikdə gündəmdə hansı peşələrə tələbat olduğunu araşdıra bilərsiniz. Bunun üçün məşğulluq mərkəzləri və iş tapmaqda kömək edən internet səhifələr sizin üçün faydalı ola bilər. Uşaqla birlikdə iş elanlarına diqqətlə baxın, sonra onun hansı elanla/elanlarla daha çox maraqlandığını öyrənin. Bu peşələr haqqında daha ətraflı məlumat toplayaraq, onlar üçün hansı bilik, bacarıq və hansı fənlərin daha vacib olduğunu öyrənmək lazımdır.

Üçüncü tövsiyyə: Fərqli peşələrə sahib olan dost və ya tanışlarınızdan xahiş edə bilərsiniz ki, onlar uşağa öz işləri haqqında ətraflı məlumat versin. Həmçinin, bir çox müəssisələr açıq qapı təşkil edirlər. Məqsəd: peşələr haqqında ətraflı məlumat verməkdir (maarifləndirmə).

Dördüncü tövsiyyə: Övladınıza izah edin ki, bir fənnə maraq və gələcək peşə tamamilə fərqli anlayışdır. Bir fənn ilə bağlı məlumatları, bilikləri məqsədə uyğun inkişaf etdirmək lazımdır, işi biliklərə əsasən seçmək lazım deyil. Əgər uşağınız bir fənnə çox maraq göstərirsə (məsələn, biologiya fənninə), bu zaman bilməlidir ki, bu fəndə xoşuna gələn nədir və özünü bu fənni tədris etməyə hazır hiss edirmi.

Beşinci tövsiyyə: Ola bilsin ki, sizin uşağınız universitetə daxil olub, lakin başqa sahə ilə məşğul olmaq istədiyini dərk edir. Sırf diplom almaq üçün istəmədiyi təhsili bitirməyi məcbur etməyin. Bu, çox vaxt itkisidir. Yaxşı olardı ki, həmin universitetdən sənədlərini götürüb, gələcəkdə arzuladığı işin peşəsi üzrə hazırlığa başlasın.

Ümumi tövsiyə:

Daha ətraflı və dəqiq bir peşə seçimi üçün hər zaman övladınıza peşə seçimində kömək edəcək mütəxəssislərdən kömək istəyə bilərsiniz.