Uşağın ali təhsilli olması niyə valideyn üçün bu qədər önəmlidir?
Təhsil sistemiinsan kapitalının qorunub saxlanılmasını və toplanmasını təmin edən cəmiyyətin vacib altsistemlərindən biridir. İnsan kapitalı ölkənin rəqabət qabiliyyətliliyinə getdikcə daha çox təsir göstərdiyinə görə müasir cəmiyyətdə təhsilin rolu durmadan artır, onun inkişafı ilə bağlı problemlər də aktuallaşır.
Gəlin aydınlaşdıraq ali təhsil almaq indiki gənclər üçün niyə bu qədər vacibdir?Müasir zamanədə ali təhsil bizə gələcəkdə işimizin olmağını və istədiyimiz həyatı sürdürmək imkanı verir. Lakin bununla kifayətlənməyib daha da dərin anlam daşıyır. Məsələn ali təhsil almaq, insanın bacarıqlarını və qabiliyyətini müəyyənləşdirməyə kömək edir, insana isdədikləri ilə məşğul olma imkanı verir, yeniliklər öyrədir, məqsədlərinə nail olmaq imkanı yaradır və savad verir, cəmiyyətin inkişafını təbliğ edir.
Təhsil insanın sosiallaşmasında və inkişafında böyük rol oynayır.Bu özünü iki funksiya ilə birüzə verir: peşəkarlıq və şəxsi. Birincisi sosiallaşmanı peşəkar rolların qavraması ilə təmin edir. İkincisi isə sosiallaşmanı insanın dəyərlərə, əməyə, düşünməyə, mədəniyyətə qovuşması ilə təmin edir.
İndiki dövr aydın göstərir ki, təhsil almadan cəmiyyətin inkişafı mümkün deyildir. Çünki, müxtəlif xəstəliklərlə mübarizə aparmaq, cəmiyyətin sağlamlığının yaxşılaşdırılması, ətraf mühitin qorunması təhsilsiz mümkün deyildir. Məsələn, həkim və ya kimyaçı mühəndis olmaq üçün uzun müddətli ixtisaslaşdırılmış hazırlıq keçmək lazımdır. Ali təhsil bacarıqların əldə olunmasına ciddi nəzarəti təmin edir və onların təcrübədə işlənməsi üçün baza yaradır.
Ali təhsil uşaqlıqdan yetkinlik yaşına rahat keçidi təmin edir.Yetkinlik həyatı dünənki məktəblinin həyatından fərqlənir. Bir çox yeniyetmələr üçün yeni statusa adaptasiya dövrü travmatik keçə bilər. Tələbəlik isə uşaqlıqla vidalaşmaq üçün özünəməxsus psixoloji bufer ola bilər.
Ali təhsil almaq qərarı sırf şəxsi olmalıdır. Bu, doğrudan da bir çox insanlara lazımdır, çünkü bir çox fəaliyyət növlərini ali təhsilsiz həyata keçirmək mümkün deyildir. Ali təhsil görkəmli potensialı ortaya çıxara biləcək gözəl bir vasitədir. Ancaq müasir dövrdə ali təhsilsiz ləyaqətlə yaşamaq olar, buna heç bir şübhə yoxdur. Ona görə də ali təhsil alıb və ya almamaq mübahisəli məsələ deyildir. Bir çox valideynlər uşaqları istəməsə belə onları ali təhsil almağa məcbur edirlər. Çünki düşünürlər ki, bu onları gələcəkdə işləməyinə, həyatına lazım olacaq. Lakin anlamaq lazımdır ki, təhsil almadan da hansısa bir peşəyə yiyələnmək olar və həyat bundan aslı deyildir. Ali təhsil almaq, hər bir konkret halda fərdi şəkildə həll edilən məsələdir. Qərar məqsədlərdən, istəklərdən və artıq mövcud bacarıq və resurslardan asılıdır.