Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Tənbəlliklə mübarizə aparmaq lazımdırmı?

Əlbətdə ki, bəli. Əgər siz tənbəlliyin (yorğunluq deyil) işinizə mane olduğunu, həyatınızın keyfiyyətinə təsir etdiyini hiss edirsinizsə, onunla mütləq mübarizə aparmalısınız. Burada əsas məsələ tənbəlliyin səbəbini araşdırıb başa düşmək, daha sonra onu yaradan səbəbə uyğun mübarizə taktikasını seçməkdir. Aşağıdakı məlumatlar sizə bu yolda yardımçı ola bilər:

1. Böyük bir işi çoxlu kiçik işlərə bölərək ilk növbədə ən vacib hissələrdən başlayın. Bu yolla siz çox çətin və öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz bir işi normal şəkildə tamamlamış olacaqsınız.

2. Görüləcək işlərin siyahısı tərtib edin və əhəmiyyətinə görə sıralayın.

3. Özünüzdə hər hansı bir işi görməyə motivasiya tapın. Tapşırığı tamamladığınız təqdirdə alacağınız mükafat sizə motivasiya olacaq. Bu texnikadan uşaqlar üçün istifadə etmək olar: məsələn, səhər yeməyini tez bitirərsə, 30 dəqiqəlik televizora baxmağa icazə verə bilərsiniz.

4. İdmanla məşğul olun, sağlam həyat tərzi sürün. Əlbəttə ki, bu bir dərman müalicəsi deyil - fiziki fəaliyyət həqiqətən bir çox problemin öhdəsindən gəlməyə kömək edə bilər. Burada şərt ağır idmanla uzun müddətli deyil, 10-15 dəqiqə məşğul olmaqdır. Davamlı hərəkətsizlikdən sonra bədən üçün ən yaxşı mükafat aktiv hərəkətlilik ola bilər.

5. Eyni anda bir neçə işin icrasına başlayın. Bu gülməli səslənsə də, çox effektiv metoddur. Bir-neçə işə eyni anda başladıqda onlar tamamlanana qədər istirahət edə bilməyəcəksiniz.

6. Diqqətinizi dağıdacaq maneələri aradan qaldırın. Belə ki, tənbəlliyimiz tutduğu zaman ətrafımızda bizi məşğul edəcək detallar həmin an diqqətimizi özünə çəkir və biz fikrimizi toparlamaqda çətinlik çəkirik. Məsələn, vacib işimizin icrası zamanı başımız sosial şəbəkələrə qarışır və biz saatlarla vaxt itiririk. Faydalı olmayan məşğuliyyətlərdən uzaq duraraq daha vacib işin icrası üçün özünüzdə kifayət qədər güc əldə edəcəksiniz.

7. Uzun müddət yatmaqdan çəkinin, çünki bu tənbəllik əlamətidir.

8. Tənbəlliklə mübarizədə vitaminlərin və düzgün qidalanmanın böyük önəmi var. Belə ki, sağlam həyat tərzinin şərtlərindən biri də düzgün və vaxtı-vaxtında qidalanmadır. Biz müəyyən işi yerinə yetirmək üçün lazımi enerjini karbohidrat və zülal vasitəsi ilə bərpa edirik. Belə ki, karbohidrat — yüksək enerjiyə malik üzvi maddələr olub, orqanizmə qida vasitəsi ilə daxil olur və müxtəlif ehtiyaclarını ödəyir, zülal - insan vücüdunun ehtiyacı olan azotun yeganə mənbəyi olaraq qandakı oksigenin daşınmasını təmin edir. Gündəlik yetərli miqdarda zülal və karbohidrat qəbulu metabolizmin tarazlanmasına və immun sisteminin güclənməsinə dəstək olur. Vitaminlərin qəbulu insanın sinir sisteminin fəaliyyətini bərpa edir, yaddaşı gücləndirir və iş qabiliyyətini artırır.

9. Gərgin iş qrafiki, istirahətsiz çalışmaq da tənbəlliyə səbəb ola bilər. Buna görə özünüzə fasilə verərək istirahətiniz üçün vaxt ayırın.

10. Bir işi yubatmaq üçün bəhanələr uydurmaqdan çəkinin.