Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Tapşırıqlarla işləmə bacarığı

Məqsədə nail olmaq üçün tapşırıqlarla işləmək bacarığı (task skills) çox vacibdir. Bəs tapşırığın məqsəddən fərqi nədir və hansı bacarıqlar burada nəzərdə tutulur? Məqsəd – prosesin sonunda planlaşdırılan dəqiq, vizuallaşdırılmış ölçülə biləcək nəticədir. Məqsədə nail olmaq üçün iş bir neçə hissəyə bölünür, bu bölgü həm vaxt, həm həcm, həm funksiya, həm də digər meyarlar üzrə həyata keçirilir. Bölgü nəticəsində formalaşan hissə – tapşırıqdır. Lakin bir işə başlamadan öncə biz ilk növbədə “nə üçün?” sualına cavab verməliyik. Bu suala cavab bizim məqsədimizi dəqiqləşdirir və motivasiyamıza izahat verir. 

İzah üçün nümunə: “ingilis dilini öyrənmək istəyirəm” – məqsəd üçün çox qeyri-müəyyən səslənir. Bu istəyi reallaşdırmaq üçün ilk növbədə məqsədi formalaşdırır, məqsədi dəqiqləşdirmək üçün isə “nə üçün” sualına cavab veririk. Deyək ki, “nə üçün? – digər ölkədə ali məktəbə qəbul olmaq üçün”. Bunu əsas tutaraq, artıq tələb olunan imtahan və balları nəzərdən keçirib məqsəd qoyuruq. Məsələn, İELTS – 7,5. SMART modelinə (https://e-psixoloq.az/smart-texnologiyasini-gundelik-heyatimda-nece-istifade-ede-bilerem) uyğun olaraq məqsədi daha da dəqiqləşdiririk. Ardınca prosesi tapşırıqlara bölürük, məsələn: “birinci gün 2 saat ərzində “reading” ilə məşğul olmaq” və bu cür tapşırıqları bir-bir həll edərək məqsədimizə nail oluruq. 

Tapşırıqlarla işləmək bacarığı yalnız prosesi tapşırıqlara bölməkdən ibarət deyil. Bu bacarıqlar insanın iş və ya dərs prosesində rastlaşdığı tipik bir tapşırığı yerinə yetirmək üçün ehtiyacı olan bacarıq, bilik və təcrübənin kombinasiyasıdır. Lakin bu hər hansı bir peşəyə aid xüsusi bacarıq deyil sadəcə ümumi bacarıqdır. 

Aşağıda bu bacarıqlara dair verilən bəzi nümunələrlə tanış ola bilərsiniz:

- Vaxtın idarəolunması (time-management) – tapşırıqların həlli üçün vaxtın bölünməsi;

Prioritetlər – xüsusi əhəmiyyətli tapşırıqların, vacib məsələlərin, problemlərin həllinin ardıcıllığının təyin olunması və işlərin vaciblik dərəcəsinə görə ayırd edilməsi;

- Tapşırıqların planlaşdırılmasıməqsədin tapşırıqlara bölünməsi;

- Problemli məsələləri həll etmə bacarığı – hər hansı bir problem yarandıqda ona produktiv həll yolunun tapılması və s..

Hər bir bacarıq kimi tapşırıqlarla işləmək bacarığı da formalaşa və inkişaf edilə bilər.