Regionşunas

Regionşunas

Regionşünas müəyyən bir regionun, ölkənin və ya ölkələrin qruplarının öyrənilməsi ilə məşğul olan mütəxəssis və analitikdir. Bunlar Avropa, Asiya və ya Amerika ölkələri ola bilər. O, diplomatik orqanlar və ya kommersiya şirkətləri üçün tövsiyələr hazırlayır, tədqiqat və beynəlxalq proqramların koordinasiya ilə məşğul olur. 

Funksiyalar:

  • Regional inkişaf problemlərinin öyrənilməsi;
  • Regionun sosial-iqtisadi kompleksinin formalaşması və fəaliyyəti;
  • Regional idarəetmə;
  • Bütün amillərin regional təhlili və nəzəriyyəsi;
  • Regionun inkişafının əsas mərhələlərini araşdırır, müasir vəziyyəti təhlil edir, regionun inkişaf yollarını proqnozlaşdırır;
  • Regionun xarici siyasət və diplomatiya proseslərini idarə edə, danışıqlar apara, beynəlxalq proqramları əlaqələndirə bilirlər.

Zəruri keyfiyyətlər:

  • Analitik düşüncə;
  • Dürüstlük;
  • Məqsədyönlülük;
  • Etibarlılıq,
  • Ünsiyyətlilik;
  • Müxtəlif mühitə adaptasiya olma bacarığı.

Regionşünas olmaq üçün tələblər:

  • Ali təhsilin olması;
  • Xarici dil biliyi.

Qrup: III

Təhsil istiqamətləri:

Regionşünaslıq

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları

Tədris dili

Ölkə

1. Bakı Dövlət Universiteti

Ə

 

AZ/ENG (Amerika) 

Ərəb ölkələri, Türkiyə, İran, Yaponiya, İsrail, Pakistan, Koreya, Amerika, Qafqaz

2.Azərbaycan Dillər Universiteti

Ə

 

AZ

Böyük Britaniya, Almaniya, Fransa, Amerika, Norveç, Qafqaz, İsrail və Yaxın Şərq, Yaponiya, Ərəb ölkələri, Çin, Cənubi Amerika, Mərkəzi və Şərqi Avropa, Rusiya, Türkiyə, Balkan ölkələri, Afrika

3. Bakı Slavyan Universiteti 

Ə

 

AZ

Rusiya, Belarus, Polşa, Almaniya, Azərbaycan, Ukrayna, Türkiyə

4.Azərbaycan Kooperasiya Universiteti

Ə

 

AZ

Avropa ölkələri

5. ”Azərbaycan” Universiteti 

 

 

 AZ

Avropa ölkələri

6.Qərbi Kaspi Universiteti

               Ə

 

 AZ

 

7.Xəzər Universiteti

Ə

 

ENG

Amerika, Avropa ölkələri, Asiya, Şərq

8. Bakı Avrasiya Universiteti

Ə

 

AZ

ABŞ, Kanada, Avropa ölkələri, Yaxın və Orta Şərq