Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Qeyri-müəyyənliyə dayanıqlılıq

Biz həyatımızın müxtəlif dövrlərində (iş, təhsil, şəxsi həyat və s.) qeyri müəyyən vəziyyətlərlə qarşılaşırıq. "Qeyri-müəyyənlik" anlayışı müxtəlif cür şərh edilir. Qeyri-müəyyənliyə dayanıqlılıq deyəndə insanın tanımadığı və çətin hesab etdiyi stimullara olan reaksiyası başa düşülür. Bu stimullar müxtəlif yollarla qəbul edilə bilər. Qeyri-müəyyənliyə dayanıqlılıq insanın özünün peşəkar müqəddəratını təyin etməsində (məsələn peşə seçimi zamanı) mühüm rol oynayır. Qeyri-müəyyən vəziyyətlər bir çox insana mənfi təsir göstərə bilər. Belə vəziyyətlərə dayanıqsız biri bu kimi situasiyalardan qaçacaq, lakin özündə bu xüsusiyyəti yaxşı inkişaf etdirmiş insan qeyri-müəyyən vəziyyətlə qarşılaşdıqda qorxu hissinə qapılmayacaq. Şəxsiyyət xüsusiyyəti kimi qeyri-müəyyənliyə dayanıqlılıq barədə ilk dəfə E. Frenkel Bransuik söhbət açmışdır. O, dayanıqlılıq anlayışını insanın idrak üslubları, inancları, davranışları, ünsiyyət tərzi, eləcə də problem həll etmə bacarığı kimi xüsusiyyətlərini özündə cəmləşdirən sistem kimi başa düşürdü. S.S Saqaydakın fikrincə peşəkar qeyri-müəyyənlik problemi  insanın bacarıqları, imkanları və istəyi arasında uyğunluq olmadığı hallarda meydana çıxır. Məktəbli gələcək peşəsini seçərkən onun qarşısında gələcəyə, peşə və ixtisas dünyasına gedən naməlum bir yol dayanır. Bu o deməkdi ki, bütün bu proses qeyri-müəyyənliklərlə sıx bağlıdır. Buna görə də, qeyri-müəyyən vəziyyətə dayanıqlılıq qabiliyyətinin güclənməsi şagirdin bu vəziyyətləri aşmasına və məqsədlərinə çatmasına kömək edə bilər. Dayanıqlılıq anlayışını çox vaxt insanın məsuliyyətliliyi, başqa sözlə, onun gələcək peşə seçiminə nə qədər məsuliyyətlə yanaşması, universitet, ixtisas, eləcə də təhsil prosesində yarana biləcək xarici amillər haqqında nə dərəcədə  dolğun məlumat toplaması ilə müqayisə edirlər. A. Badiou da qeyri-müəyyənliyə dayanıqlılıq barədə bəzi araşdırmalar aparmışdı. O, bu anlayışı qeyri -müəyyən bir hadisəyə hazırlıq kimi müəyyən edib. Yeni hadisələrə hazır olmaq, yeni imkanları mənimsəmək deməkdir. Saqaidak və Badiou qeyri-müəyyənlik anlayışını müxtəlif cür şərh etmişlər. Saqaidak qeyri-müəyyənliyi xoşagəlməz, Badiou isə yeni imkanlar gətirən potensiala səbəb müsbət bir hadisə hesab edirdi. Beləliklə, qeyri-müəyyənliyə dayanıqlı olmağı, hər bir insanın yoluna çıxa biləcək yeni hadisələrə hazırlıq kimi qəbul etmək olar. Qeyri-müəyyənlikləri aradan qaldırarkən, insan özünə ən uyğun taktikanı formalaşdıra və digər qeyri-müəyyən vəziyyətlərdə tətbiq edə bilər.