Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Qeyri-müəyyənlik qorxusu

Qeyri-müəyyən vəziyyətdə inamlı davranmaq o qədər də asan məsələ deyil. Adətən qeyri-müəyyən situasiyalar bizi qorxudur, çətin vəziyyətə salır və motivasiyamızı heçə endirir. Bu hal sözün əsl mənasında qeyri-müəyyənlik qorxusunun yaranmasına səbəb ola bilər.

Bir ailədə tez-tez qeyri-müəyyən vəziyyətlər yarana bilər. Dərslər bitib, lakin uşaq hələ evə qayıtmayıb. Bu valideynləri narahat edir: “Görəsən haradadır, niyə telefona cavab vermir? Nə edim - dostlarına zəng vurum, məktəbə gedib orada onu axtarım, yoxsa axşamadək evdə oturub gözləyim?”

Qeyri-müəyyən situasiyanın aşağıdakı elementləri var:

1. Məlumat çatışmazlığı. Qeyri-müəyyənlik məlumat az olan situasiyada yaranır. Bu halda siz növbəti addımları planlaşdırmaq üçün lazım olandan daha az məlumata malik olursunuz.

2. Emosiyaların çoxluğu. Qeyri-müəyyənlik stress mənbəyidir. Stressdən isə adekvat reaksiya göstərməyi çətinləşdirən bir çox emosiya yaranır. Qeyri-müəyyənliyin ən bariz təzahürü təlaşdır.

3. Xaotik davranış. Məlumat çatışmazlığı və xoşagəlməz emosiyalar dalğası şəraitində davranışın düzgün qurulması çətinləşir. Buna görə də, qeyri-müəyyənlik vəziyyətində çox vaxt irrasional, xaotik davranış müşahidə edilir.

Qeyri-müəyyənlik və şəxsiyyətin gücü.

Bəzi insanlar qeyri-müəyyən vəziyyətləri sakit, qorxu hissi kecirmədən idarə edə bilirlər. Bəs bu cür insanların hansı şəxsi xüsusiyyətləri onlara kömək edir?

Özünə hörmət. Özünüzə hörmət edirsinizsə və özünüzü qəbul edirsinizsə, bu sizə qeyri-adi, hətta sehrli bir şəxsiyyət gücü verir.

Özünüzə etibar etmək bacarığı. Bu bacarıq idarəəetmə lokusu ilə əlaqədardır. Əgər insanın idarəetmə lokusu özündən xaricə yönəlibsə, o,əvəzində heç bir şey vermədən yalnız dünyadan "almağa" çalışır, idarəetmə lokusunu öz daxilində görən şəxs isəhər vəziyyətdə özünə etibar edə bilir.

Şəxsiyyətin özəyi. Güclü şəxsiyyətin daxili nüvəsi var. Belə bir nüvə sabit və sağlam bir psixoloji vəziyyəti təmin edir.Qeyri-müəyyənlik qorxusunu aradan qaldırmaq üçün addımlar:

Hər hansı bir qorxunun öhdəsindən gəlmək üçün diqqətlə və addım-addım irəliləmək lazımdır.

Birincisi, qeyri-müəyyənlik anlayışını və onun tərkib hissələrinin sizin üçün nədən ibarət olduğunu müəyyən etməlisiniz. Onunla harada qarşılaşmısınız? Vəziyyətləri obyektiv faktlar və onlarla əlaqədarsubyektiv hissləriniz vasitəsilə təsvir edin. Öz təcrübələrinizdən qeyri-müəyyənlik hiss etdiyiniz ən azı 3 vəziyyəti təhlil edin.

İkincisi, şəxsi xüsüsiyətlərinizi anlamalısınız. Qeyri-müəyyənlik vəziyyətində özünüzə hörmətlə yanaşa bildinizmi, özünüzə güvənməyi bacardınızmı? Bir qayda olaraq, bu cür vəziyyətlərin öhdəsindən gələ bilməmək və qorxu məhz bundan irəli gəlir.

Üçüncüsü, insanları daima qeyri-müəyyən vəziyyətlərdə müşahidə etməyiniz faydalıdır. Onlar necə davranırlar? Hərəkətləri nədir? Yaxın müşahidə hər hansı bir bacarığı artırmaq üçün yaxşı vasitədir.

Qeyri-müəyyənliklə həyatımız boyu hər zaman qarşılaşacağıq, ancaq bu qorxmaq üçün səbəb deyil. Qeyri-müəyyənlik qorxusunun tamamilə azalması və ya yox olması üçün onunla düzgün qarşılıqlı əlaqə qurmağıöyrənmək kifayətdir.