Psixiatr
Psixiatr psixi xəstəliklərin yaranmasının, diaqnostikasının və müalicəsinin mexanizmlərini öyrənən həkimdir. Psixiatr-mütəxəssis psixi sağlam və xəstə insanlarla konsultasiya keçirə, tibbi preparatlar yaza, psixikanın sağlamlıq dərəcəsini və fəaliyyət qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə pasiyentlərin müayinəsini apara bilər.
Psixiatrların aşağıdakı ixtisaslaşmaları var:
Narkoloqlar. Belə həkimlər toksikomaniya, narkomaniya və alkoqolizm xəstələrinin terapiyası ilə məşğul olurlar.
Epileptoloqlar. Belə psixiatrlar epilepsiyanın müalicəsi ilə məşğul olurlar.
Uşaq və yeniyetmə psixiatrı. Belə həkimlər uşaq və yeniyetmələrdə olan pozuntularla (autizm və s.) məşğul olurlar
Somnoloqlar. Bu mütəxəssislər yuxu pozuntularında özünü göstərən xəstəliklərin terapiyası ilə məşğul olurlar.
İntihara meyilli olan insanlarla işləyən psixiatrlar. Bu mütəxəssislər intihar düşüncələrindən əziyyət çəkən və ona meyİl edən xəstələrlə işləyirlər.
Funksiyalar:
- Psixi pozuntuları olan şəxslərin müəyyən edilməsi;
- Pozuntuların dəqiq diaqnostikası;
- Pozuntulara səbəb olan maneələri müəyyənləşdirmək;
- Lazımi müalicənin təyin edilməsi;
- Xəstələrin reabilitasiyası;
- Tibbi müayinələrin keçirilməsi;
- Profilaktik müayinələrin keçirilməsi.
Zəruri keyfiyyətlər:
- Stresə dözümlülük;
- Ünsiyyət bacarıqları;
- Yüksək professional bilik;
- Məsuliyyət;
- Zehinlilik;
- Emosional sabitlik;
- Xeyirxahlıq;
- İnsanlarla işləmək bacarığı;
- Psixologiyanın əsaslarını bilmək.
Psixiatr olmaq üçün tələblər:
- 6 il ümumi tibb təhsilin alınması;
- 2 il rezidentura təhsilin alınması.
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Tədris dili |
|
1.Azərbaycan Tibb Universiteti |
Ə |
|
AZ/ENG/RUS |
2.Naxçıvan Dövlət Universiteti |
Ə |
|
AZ/RUS |
3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı |
Ə |
|
RUS |