Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Prokrastinasiya

Hər birimiz bəzən vacib bir işin icrasını “sonraya saxlayaraq”, onun əvəzində başqa, çox vaxt mənasız bir işlə məşğul oluruq. Bunu niyə etdiyimizi özümüzə izah edə bilməməklə yanaşı, işin icra tarixini uzatdığımıza görə özümüzü günahkar hesab edirik. Özümüzü mühüm bir işi və ya tapşırığı yerinə yetirməyə məcbur edə bilmədiyimiz hal prokrastinasiya adlanır. Belə hallarda lazım olan işi görmək əvəzinə biz televizor izləmək, kompüter oyunları oynamaq, sosial şəbəkələrdə vaxt keçirmək, ehtiyac olmasa belə, təmizlik işləri görmək kimi əhəmiyyətsiz işlərlə məşğul oluruq. Bu zaman biz özümüzü qınayaraq çarəsizlik hissi duyuruq. 

Prokrastinasiya sözünü  tənbəllik sözü ilə qarışdırmaq düzgün deyil. Prokrastinasiya edən insanın tənbəl insandan fərqi ondadır ki, o, işini məmnuniyyətlə görərdi, sadəcə olaraq işə başlamaqda çətinlik çəkir. Prokrastinasiyanı dincəlmək ilə də səhv salmaq olmaz. Belə ki, biz istirahət etdiyimiz zaman enerji bərpa olur, prokrastinasiya etdikdə isə əksinə, enerjimizi itiririk. Bir işə başlamaq üçün lazım olan enerjimiz azaldıqca, işi qeyri-müəyyən müddətə  təxirə salmaq və heç nə etməmək istəyimiz daha da artır.

Bəzən biz görüləsi işi son dəqiqəyə saxlayır və bunu son gün  daha yaxşı işləməyimiz ilə izah edirik. Əslində isə bu belə deyil: işləri son tarixə qədər təxirə salmaq, iş yerində narazılıq  səmərəsizliyə zəmin yaradır. Məşhur atalar sözündə də deyildiyi kimi: "Bu günün işini sabaha saxlama”.

Aşağıda prokrastinasiya ilə mübarizə aparmaq üçün texnikaları sizə təqdim edirik:

1. Françesco Çirillo tərəfindən 1980-ci illərin sonunda təklif olunan Pomodorro texnikası - hər bir tapşırığı alt tapşırıqlara bölərək, hər birinin icrasına 25, tapşırıqlararası müddət ərzində istirahətinizə isə 5 dəqiqə vaxt ayıra bilərsiniz. Bu, konsentrasiyanıza kömək edərək, beyninizi fasiləsiz şəkildə davamlı işləmək yükündən azad edəcək. Hər 4-cü 25 dəqiqədən sonra daha uzun (15-30 dəqiqəlik) fasilə verə bilərsiniz .

2. “Üç dəqiqə qaydası” texnikasına əsasən icrasına üç dəqiqədən az müddət tələb olunan bütün işlər dərhal yerinə yetirilməlidir (məsələn, zəng edərək həkim qəbuluna yazılmaq, çirkli paltarları paltaryuyan maşınına yığmaq və s.).

3. “Fili xırdalayaraq yemək” texnikası. Prokrastinasiya ilə mübarizə aparmağın bu üsulu həcmi böyük olan bir tapşırığı daha kiçik hissələrə bölməkdən ibarətdir. İşə əvvəldən başlamaq çətinlik yaratdıqda, işin ortasından da başlamaq, başqa sözlə desək, tapşırığın daha mürəkkəb hissələrinə keçməzdən öncə onun sadə və asan hissələri üzərində işləmək mümkündür.

4. “Prokrastinasiya çarxı” texnikası dedikdə bir insanın vəzifə və tapşırıqlarına qarşı  emosional münasibətinin olması başa düşülür. Gündəlik görüləcək bütün işlərinizin siyahısını tərtib edə, burada gözünüzə xoşagəlməz, mürəkkəb görünən tapşırıqları işarələyərək, qalanlarının icrasına başlaya bilərsiniz. Siyahınızda bir tək əvvəcədən işarələdiyiniz çətin tapşırıqlar qaldıqda, oraya onlardan daha da mürəkkəb və xoşunuza gəlməyən işlər əlavə edə bilərsiniz. Bu sizə görməli olduğunuz işləri gözünüzdə avtomatik asanlaşdırmağa, onların icrasına başlamağa kömək edəcəkdir.