Peşə tükənməsiinsanın emosional və zehni resurslarının tükənməsidir. Bir qayda olaraq, bu xroniki stress, iş uğursuzluqlar fonunda inkişaf edir və insanın professional fəaliyyətinə marağın tam itirilməsi ilə xarakterizə olunur. Tükənmə həmişə mənasızlıq hissi ilə müşayiət olunur. Yəni insan gələcək inkişafını görmür, ona elə gəlir ki, onun perspektivi yoxdur, güc çatışmazlığı var. Daha əvvəl ruhlandıran və ilhamlandıran işləri davam etdirmək arzusu itir.
Sual yaranır ki bu kimi hallarda neynəmək olar?
Təbii ki, peşə tükənməsi ilə mübarizə yolları mövcuddur. İndi isə daha etraflı bunun haqqında müzakirə edək.
Peşə tükənməsinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə həm müəllim, həm də işlədiyi təhsil müəssisəsi məşğul olmalıdır.
Əgər işəgötürən peşəkar artımın mümkünlüyünü təmin etsə, dəstəkləyici sosial və digər müsbət məqamlar yaradaraq motivasiyanı artırarsa, öz əməkdaşlarında peşə tükənməsinin yaranmasının faizini azalda bilər. Administrasiya vəzifələri dəqiq şəkildə bölüşdürə, vəzifə təlimatlarını düşünə və müəllimlərin sağlam münasibətlərini təşkil edə bilər. Əlverişli şərait yaratmaq, müasir istinad, tədris və metodik material və vəsait, texnika, kompüter və s. - in mövcudluğunu təmin etmək vacibdir. Tədris otaqları işıqlandırma, temperatur və sanitar-gigiyenik normalara uyğun olmalıdır.
Müəllimlərin peşə tükənməsinin qarşısının alınması müəllimlərin özlərindən də asılıdır. Emosional tükənmənin qarşısını almaq və aradan qaldırmaq üçün mütəxəssis stressi aradan qaldırmağı, işdən mənəvi və fiziki cəhətdən istirahət etməyi, peşəkar həyatı şəxsi həyatdan ayırmağı bacarmalıdır. İş günü ərzində mütləq fasilələr etmək lazımdır. Məsələ fasilə zamanı həmkarları ilə həmsöhbət olmaq olar, musiqi dinləmək və digər müsbət emosiyalar bəxş edən işlər ilə məşğul olmaq olar.
Digər önəmli nüansı isə həftə sonlarını necə keçirməsidir. Tükənmənin profilaktikasının vacib şərti asudə vaxtın təşkilidir. Məsələn, gəzintilər və idmanla məşğuliyyətlər, tənəffüs gimnastikası, su prosedurları, bədii ədəbiyyatın oxunması və s. kimi məşğuliyyətlə də məşğul olmaq olar. Bu məşğuliyyətlər fikri dağıtmağa kömək edir və müsbət enerji bəxş edir. Bunlar hamısı peşə tükənməsinin qarşısının alınmasına kömək edir.
Stressli vəziyyətlər peşəkar tükənmənin inkişafının əsas səbəblərindən biridir. Və onlar tez-tez peşəkarlıq çatışmazlığı səbəbindən yaranır. Məsələn, sinifi distant təhsilə keçiriblər, müəllim isə kompüter texnologiyalarına malik deyil. Yaxud sinifdə sağlamlıq imkanları məhdud şagird var, müəllim isə inkluziv təhsilin nə olduğu barədə çox uzaq təsəvvürü var. Belə vəziyyətlərdə stressin qarşısını almaq üçün, tanımadığınız və ya sizin üçün çətin olan mövzularda bacarıqlarınızı artırmağa çalışın.