Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Peşə seçimi zamanı tez-tez baş verən səhvlər

 Həyatımızda ən vacib addımlardan biri peşə seçimidir.

Bununla biz gələcəyimizi müəyyən edən çox vacib addımı atırıq.

Bu səbəbdən əvvəlcədən düşünüb qərar verməyimiz vacibdir.

 

Sizə köməklik edə biləcək məqaləmiz – Düzgün peşə seçimi

 

Peşə seçimi zamanı tez-tez səhvlərə yol verilir. Aşağıda sizə ən çox rast gələn səhvlər haqqında məlumat verəcəyik. Bunda bizim məqsədimiz – sizi bu yalnış addımlardan qorumaqdır. Bu yalnışları dörd qrupa bölmək olar:

İnsanlarla bağlı. Yalnız valideynlərin məsləhətini nəzərə alıb (“Qızım sən həkim ol!”, “ Oğlum səndən yaxşı hüquqşünas olar!” və s.) və ya bir başqa insanı özünüzə nümunə götürüb (müvəffəqiyyət qazanan əmi, xala və ya tanış) öz maraq dairənizi, bacarıqlarınızı, əmək bazarında olan tələbatı, düzgün seçim üçün olan meyarları nəzərə almırsınız. Bununlada bəlkədə başqasının sevə-sevə gördüyü, yüksək əmək haqqı qazandığı peşə, gələcəkdə sizə maraqsız və aşağı əmək haqqı aldığınız bir iş olacaq. Unutmayın ki, birinin yüksək əmək haqqı qazanması, həmişə ona əmək bazarında tələbatın, müştərinin olması və öz işini sevən peşəkar olması, sizin də bu cür olmanıza səbəb deyil. Valideynləriniz, yaxınlarınız sizi sevə bilər, lakin peşə seçimində düzgün məsləhət verməyə bilərlər. Çünki onlar bu cür yalnış seçim üsullarından istifadə ediblər və ola bilər ki, başqa üsul tanımırlar. Məsələn, “hamı nəsildə həkimdirsə, sən də həkim olmalısan” yalnış fikir və ya üsuldur.

Peşə ilə bağlı. Burada iki səhv yarana bilər. Birinci – cəmiyyətdə nüfuzlu sayılan (həkim, müəllim, psixoloq, hüquqşünas və s.) peşələrə əsaslanıb seçim etmək. Digər səhv isə sizin yalnız öz istəyinizi və peşənin cəmiyyətdə yaratdığı obrazı nəzərə alıb peşə seçimidir. Burada siz yenə digər meyarları fikirləşmədən seçim edirsiniz. Kimsə gözəl şəraitdə pasient qəbul edib işində müvəffəqiyyət qazanan bir həkim kimi tanınırsa, bu o demək deyil ki, siz də buna nail olacaqsınız. Siz yalnız özünüz yaxşı bacardığınız, həm də sizə maraqlı olan işi həvəslə görəndə müvəffəqiyyət qazanacaqsınız.

İmtahan ilə bağlı. Burada daha çox ali məktəbə daxil olmaq istəyi və ya ali təhsilin özünün alınmasının nüfuzlu olması ilə bağlı olan yalnış fikir nəzərdə tutulur. Bu zaman konkret ixtisasa qəbul olandan sonra orada təhsil almağın nə dərəcədə maraqlı, sizin bacarıqlarınıza uyğun olması və ya gələcəkdə iş tapmaq haqqında düşünülmür. Yəni bu səhv zamanı insan üçün harada oxuyacağı fərq etməz. Əsas məqam onun haradasa ali təhsil alması, imtahanın çətin olmamasıdır. Bəlkə də siz çox yaxşı, hamının sırada gözlədiyi, özünə əmin olan, işini yaxşı görən, yüksək əmək haqqı qazanan usta ola bilərdiniz.  Bəlkə də siz qeyri-peşəkar, özünü işində tapmayan hüquqşünasdansa yaxşı bir genetik ola bilərsiniz!

Gələcək iş ilə bağlı. Burada biz başqa insanların müəyyən peşə üzrə yüksək əmək haqqı alması düşüncəsi, işin rahat və yaxşı şərtlərinin, iş yerlərinin çox olması ilə bağlı olan səhvlərə rast gəlirik. Məsələn, bir çoxu qadın üçün ən yaxşı peşə müəllim olmasını hesab edir. Çünki iş rejimi rahatdır, həmçinin evdən oturub repetitorluqla məşğul ola bilərlər. Lakin unutmayın ki, hər insan müəllim olub tələbə hazırlaya bilməz. Burada iş rejimi yaxşı olsa da digər çətinliklər var.

 

Niyə bu meyarlar səhvdir soruşa bilərsiniz? Çünki onlar uzun müddətli deyil, çünki ümumiyyətlə məsələyə yanaşma səhvdir. Seçdiyiniz peşə – sizin gələcəkdə gedəcəyiniz istiqaməti, uzun müddət ərzində ətrafınızdaki insanları, gələcəkdə hər gün görəcəyiniz işləri müəyyən edir. "Yalnız ali məktəbə qəbul olum", "yalnız işim olsun" kimi məqsədlər burada ola bilməz. Siz yaxşı mütəxəssis olmasanız istədiklərinizdən çox az bir hissəsini əldə edə biləcəksiniz və ya qısamüddətli əldə edəcəksiniz. Valideynlər isə gələcəkdə sizi yaxşı mütəxəssis görmədikləri halda təəssüf hissi keçirəcəklər.

Peşə seçimi - hərtərəfli fikirləşməyi tələb edir.

Düzgün peşə seçəndə isə siz istədiklərinizə nail olursunuz: yüksək əmək haqqı, cəmiyyətdə nüfuz, valideynlərin və başqalarının hörməti, başqalarına nümunə olmaq, işi həvəslə görmək, işə düzəlmək imkanları həmçinin çox olur.

Sizə həyatınızda və peşə seçiminizdə uğurlar arzulayırıq!

 

Mövzuya aid Peşə maraqları testi