Pediatr

Pediatr

Pediatr (uşaq həkimi) - 18 yaşdan kiçik olan uşaqlarda diaqnozun aşkar edilməsi, qoyulması, müalicəsi və reabilitasiyası ilə məşğul olan mütəxəssisdir. Bundan əlavə, həkim balanslaşdırılmış qidalanma və yeniyetmələrin düzgün inkişafı məsələləri ilə də məşğul olur. Bu mütəxəssis uşaqların doğulandan sonra, məktəbəqədər yaşlarında və məktəb illərində inkişafını müşahidə edir.

Funksiyalar:

  • Uşağın ilkin və təkrar müayinəsi; 
  • Sanitar-maarifləndirmə işi; 
  • Doğum xəstəxanasından çıxarıldıqdan sonra körpələrin dövri müayinəsi;
  • İmmunizasiya (vaksinasiya) proqramlarında iştirak etmək; 
  • Uşaqların sağlamlıq vəziyyətində sapmaların aşkar edilməsi; 
  • Terapiyanın aparılması.

Zəruri keyfiyyətlər:

  • Fövqəladə hallarda tez reaksiya vermə bacarığı;
  • Məsuliyyət və diqqətlilik;
  • Uşaqlara qarşı sevgi və onlarla ünsiyyət qurma bacarığı;
  • Mərhəmətlilik;
  • Empati bacarığı;
  • Öz praktiki bacarıqlarına güvən, qan və iynə qorxusunun olmaması.

Pediatr olmaq üçün tələblər:

  • 6 il ümumi tibb təhsilin alınması;
  • 4 il rezidentura təhsilin alınması;
  • Qüvvədə olan sertifikat və ya üzrə pediatriya akkreditasiya;
  • Bəzi klinikalarda 2-3 il iş təcrübəsi tələb olunur.

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları 

Tədris dili

1.Azərbaycan Tibb Universiteti

Ə

 

AZ/ENG/RUS

2.Naxçıvan Dövlət Universiteti

Ə

 

AZ/RUS

3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

Ə

 

RUS