Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Pedaqoji münaqişə. Həll yolları

Münaqişə dedikdə nəyi nəzərdə tuturuq? Münaqişə - tərəfdaşların qarşılıqlı məqsədlərinin, maraqlarının, mövqelərinin, fikirlərinin və ya baxışlarının toqquşmasıdır. Münaqişə müxtəlif ola bilər, məsələn: təşkilat münaqişəsi, pedaqoji münaqişə, şəxsiyyətarası münaqişə və s. 

Pedaqoji münaqişə - müəllimlər arasında, şagirdlər arasında, müəllim və şagird arasında olan maraqların, mövqelərin, məqsədlərin ziddiyyətidir. Münaqişə məktəb heyəti tərəfindən qaçılmaz bir fenomen kimi qəbul edilir. Müəllim ilə şagirdin münasibəti onun başqa insanlara qarşı olan münasibətini formalaşdırır. Əgər müəllim şagird ilə olan münasibətində daima münaqişəli davranış modelini yayımlayırsa, onda uşaqlar məktəbi tərk etdikdə, cəmiyyətimizin münaqişə mənbəyi olacaqlar. Əksər hallarda bu kimi münaqişənin mənbəyi, müəllimlərin pedaqoji qeyri-kompetentliyi səbəbindən yaranır. Buna görə də, müəllimlərin stressə davamlılığı əhəmiyyətlidir. Çünki, şagirdlərin psixikası və stressə davamlılığı tam formalaşmadığı üçün, müəllim-şagird münasibətində qeyri sabitlik müşahidə olunur. Müəllim şagirdin gözündə böyük nüfuza malikdir. Əsasəndə ibtidai sinifdə, bu dövürdə şagird yalnız bir müəllimlə əlaqədə olur. Bunun üçün isə münaqişə zamanı, müəllmin "əməkdaşlıq" üslubunu nümayiş elətdirmək önəmlidir. Əməkdaşlıq – münaqişənin bütün iştirakçıların maraqlarının birləşdirilməsi cəhdidir. Tərəflərin hər birinin maraqlarının məzmunu digər tərəfin əsas maraqlarının təmin edilməsindən ibarətdir.

Ümumiyyətcə müəllim-şagird arasında yaranan münaqişənin həlli üçün müəllim konfliktoji səriştəyə malik olmalıdır. Konfliktoloji səriştəyə malik olma bacarığı müəllimlərə sadəcə münaqişədən çıxmağı deyil, həmçinin pedaqoji məqsədlərə nail olmağa kömək edir. 

Şagird-şagird münaqişəsi. Bu kimi münaqişələr məktəb həyatında ən geniş yayılmış və qaçırılmaz hesab olunur. Şagird-şagird münaqişənin səbəbləri müxtəlif ola bilər: mənfi mənəvi-psixoloji mühit, yeni şagirdlərin çətin adaptasiyası, bullinq, yorulma, aşırı yükləmə, intizamsız və səbirsiz şagirdlərin törətdiyi xaos. Müəllimlər anlamalıdılar ki səbirsizlik və intizamsızlıq onların xarakterik  xüsüsiyətidir. 

Pedaqoqlara tövsiyə. Pedaqoq şagirdləri yaxşı tanıyaraq, münaqişənin səbəblərini aydınlaşdırmağa və münaqişənin həlli üçün müvafiq tədbirlər görməyə çalışmalıdır. İlk olaraq nə olduğunu öyrənmək və münaqişəyə daxil olan hərkəsə öz həqiqətlərini bildirməyə imkan vermək lazımdır. Daha sonra isə birlikdə münaqişənin həlli yollarını müəyyənləşdirmək lazımdır. 

Beləliklə, pedaqoji səriştəyə malik olmaq müəllimlərə məktəbdə münaqişəli vəziyyətləri həll etməyə imkan verir.