Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Niyə mənim yaddaşım zəifdir?

Artıq bizim telefon nömrələrini, ünvanları, ad günlərini, müəyyən məlumatları yadda saxlamağa ehtiyacımız yoxdur. Bu cür məlumatlar üçün əlimizin altında həmişə “sadiq köməkçimiz” smartfonumuz və “Google” axtarış sistemimiz var. İnformasiya çoxluğu zamanında bu əvəz olunmaz köməkdir. Beləliklə biz əsasən lazımi, çox vacib hesab etdiyimiz məlumatları yadda saxlayırıq və beyinimiz əhəmiyyətsiz hesab etdiyi məlumatları yadda saxlamağa enerji sərf etmir.

2011-ci ildə Kolumbiya universitetinin alimləri tərəfindən “Google-ın bizim yaddaşımıza təsiri: məlumatların həmişə əlçatan olması.” adlı tədqiqatın nəticələri dərc olundu.  Bu tədqiqatda əsasən GOOGLE EFFEKTİ adlanan psixoloji fenomen haqqında danışılırdı. Müəyyən olunub ki, insan hər hansı məlumatı başqa yerdən istədiyi vaxt əldə edə biləcəyini biləndə artıq onu yadda saxlamır, lazımsız məlumat kimi beyindən silir. Lakin bunun müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də var.

Bu cür məlumatları yadda saxlamamız daha yaxşıdır. Çünki:

Bizim beynimiz üçün bu bir “təkrardır”, beyinin MƏŞQ ETMƏ üsuludur.

Yaddaşı məşq etdirdikcə bütöv KOQNİTİV bacarıqları məşq etdiririk və beyin daha uzun müddət “cavan və işlək” qalır

Beyində yeni əlaqələr yaradıb onun daha ÇEVİK olması üçün şərait yaradırıq

Dərs oxumaq üçün (xüsusən də tarixi və humanitar elmləri) yaddaşımızı gücləndiririk. Bununla da həm Bilik əldə etməkdəhəm də İMTAHANLARDA müvəffəqiyyət qazanmaqda işimiz asanlaşır.

Əlbəttə TƏCRÜBƏ, praktiki iş öyrənəndə də biz hər dəfə məlumat axtarmayıb, müəyyən bilikləri yadda saxlasaq daha yaxşıdır.

Bəs yaddaşın zəif olmasının başqa hansı MÜMKÜN SƏBƏBLƏRİ var?

Yuxusuzluq. Siz tam və ya keyfiyyətli yuxu yatmırsınızsa, onda sizin yaddaşınız və məlumatı qavramanız pisləşır. Yetkin yaşlı insan hər gün 7-9 saat qaranlıq da yatmalıdır. Yaxşı olar ki, ən geci saat 10-11 arası yatmağa gedəsiniz.

Stress və gərginlik. Bu səbəbdən unutqanlıq, fikir dağınıqlığı yaranır,yaddaşla diqqətin birgə işləri uyğunlaşa bilmir. Yəni insan əhəmiyyət vermədiyi və ya diqqətinin başqa predmetə yayındığı üçün məlumatı yadda saxlaya bilmir. Məsələn, evdən çıxanda açarı axırıncı dəfə uşaqlarla gələndə gördüyünüzü yadınıza salırsınız. Amma gələndən sonra uşaqlar diqqətinizi yayındırdığı üçün, açarı hara qoyduğunuzu unudursunuz.

Siqaret çəkmək. Bu halda beyinə gedən oksigen azalır və bunun nəticəsi kimi yaddaşınız zəifləyir.

Düzgün qidalanmamaq. Yediyiniz yeməyin tərkibində şəkər miqdarı çox, zülal, yağ və vitaminlərin (əsasən B1 və B2) miqdarı azdırsa, onda yaddaşınız zəifləyir.B1 vitamini ən çox noxudda, buğdanın rüşeymində, arpada, paxlada, düyü və vələmir yarmasında, qaraciyərdə, ürəkdə, yumurta sarısında olur. B2 vitamini isə tərəvəzlərdə, süddə, yumurta sarısında, balıqda, qaraciyərdə, böyrəkdə olur. Həmçinin yediyiniz yeməklərdə B6, B9, B12, beta-karotin, C, D, K, Omeqa-3 olmalıdır. Balqabaq tumu, yaşıl çay, qoz-fındıq və s. yaddaşın güclənməsi üçün çox xeyirlidir.

Hərəkətsiz passiv həyat. İdmanla və ya hər hansısa fiziki hərəkətlə məşğul olanda, təmiz havada gəzinti zamanı bizim beynimizə daha çox oksigen gedir. Bununla da tək sizin yaddaşınız yox, bütün koqnitiv (zehni) prosesslər daha yaxşı işləyir. Çalışın hər gün ən azı 30 dəqiqə yürüyüşə çıxasınız, ƏSASƏN DƏ İMTAHAN QABAĞI.

Kifayət qədər su içməmək. Oxuyarkən və ya işləyərkən su içmək mütləqdir. Beynin hüceyrələrinə su, enerji və oksigenin balansılazımdır. Bizim bədənimizdə su çatmayanda, beyin öz səmərəliyini itirir. İşləyərkən, oxuyarkən sizi susuzluq narahat etməsə belə, yenə də biraz su için.

İstirahət etməmək. Təsəvvür edin ki, sizin kompüter sondürmədən aylarca işləyir. Əlbəttə o bir müddət sonra sıradan çıxacaq. İSTİRAHƏT, YUXU yaddaşın güclü olması üçünmütləq şərtdir.

Təkrar etməmək və ya məşq etməmək. Bir əzələni məşq etdirməsən o, öz gücünü itirəcək. Həmçinin beyin də, yaddaş da MƏŞQ etməsə öz gücünü itirəcək.

Texnologiyalardan ifrat dərəcədə istifadə etmək. Siz fəal olaraq kompüter və smartfondan həddindən çox istifadə edirsinizsə, uzunmüddətli diqqətin cəmlənməsi çətinləşir. Nəticə olaraq da yaddaşda problemlər yaşayırsınız. Belə şəxslərin əksəriyyəti diqqətini cəmləyə bilmədiyinə görə biraz kitab oxuyan kimi yuxusu gəlir.

Xəstəlik. Hər hansısa xəstəlik (məsələn, koronovirus) nəticəsində bizim yaddaşımız zəifləyə bilər. Yaşlılarda yaddaşın pozulması çox zaman bir sıra xəstəliklərin (beyin damarlarının aterosklerozu, qocalıqla əlaqədar zəiflik, Alzheimer xəstəliyi və s.) nəticəsi olur.

Yaddaşın ZƏİFLƏMƏSİ NƏTİCƏSİNDƏ üzləşə biləcəyiniz hallar:

Bloklaşma. Bu problem semantik yaddaşla bağlıdır. Yəni “dilinizin ucundadır” deyirsiniz, lakin sözü tapa bilmirsiniz. Bu məlumat sizin beyninizdə kodlaşdırılıb, lakin xatırlaya bilmirsiniz.

Unutqanlıq və fikir dağınıqlığı. Yuxarıda bu haqda danışdıq. 

Mənbə unutqanlığı. Bu hal bizim məlumatı yadımızda olduğu halda, onun hardan əldə etdiyimizi unutduğumuz vəziyyətdir. Məsələn, dostunuzun sizə nəsə dediyini sübut etmək istəyirsiniz. Lakin əslində o, bunu deməyib.

Təsir altına düşmə. Yaddaşımızın zəif olduğu halda manipulyator insanlar olmayan bir şeyi beyinizə yeridib, bu halın olduğuna inandırırlar.

Qəbul etməmə. Bizim beynimiz hərdən hər şeyi yenidən, bizim özümüz haqqında olan biliklərə əsaslanıb formalaşdırır. Yeni məsələn, mən oxumayıb imtahana gedirəm. Kəsiləndə isə deyirəm ki, mən əziyyət çəkmişəm və bu vəziyyəti qəbul edə bilmirəm. Buna uyğun olaraq da bizim beynimiz doğru məlumatları səhv məlumatlarla əvəzləyir və s.

Öyrənmə prosesində çətinliklər. Təəssüflər olsun ki, yaddaşınızda problem varsa öyrənmə prosesindədə bunu mütləq hiss edəcəksiniz.

Bu mənfi halları aradan qaldırmaq, yaddaşı gücləndirmək üçün

“GÜCLÜ YADDAŞIN SİRLƏRİ” adlı məqaləmizlə tanış ola bilərsiniz.

Unutmayın hər gün öz inkişafınıza

VAXT AYIRIN!