Neft Mühəndisi

Neft Mühəndisi

Neft mühəndisi - neft və təbii qazın qazılması və çıxarılması üçün ən səmərəli üsul müəyyən etməklə məşğul olan mütəxəssisdir. Əsasən neft mühəndisləri qazma işlərinə nəzarət edir və pis işləyən quyunu necə stimullaşdırmağın yolunu tapırlar. Onlar həmçinin qazma üçün yeni alətlər və üsullar hazırlayır və qalan neft və qazın köhnə quyulardan çıxarılması üçün yeni yollar axtarırlar.

Funksiyalar:

  • Dərin yeraltı torpaq və dəniz ehtiyatlarında olan neft və qaz hasilatı üçün avadanlıqların layihələndirilməsi;
  • Neft və qaz yataqlarında qazma, sonra isə neft və qaz hasilatı üzrə planların işlənməsi;
  • Daha çox neft və ya qaz eldə etmək üçün su, kimyəvi maddələr, qazlar və ya buxarın neft ehtiyatına vurulması üsullarının işlənib hazırlanması.

Zəruri keyfiyyətlər:

  • Analitik və fəza düşüncə;
  • Texnikanın bütün növlərində işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Fiziki dözüm;
  • Diqqət;
  • Dəqiqlik.

Neft Mühəndisi olmaq üçün tələblər:

  • Ali təhsilin olması;
  • Yetərli təcrübənin olması.

Qrup: I

Təhsil istiqamətləri:

Neft-qaz mühəndisliyi (bakalavr pilləsi)

Neft-qaz yataqlarının istismarı (kollec)

Neft-qaz işi (kollec)

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları 

Tədris dili

1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Ə

Q

AZ/ENG

2. Azərbaycan Memarlıq və İnşaat Universiteti

Ə

 

AZ

3. Bakı Ali Neft Məktəbi

Ə

 

ENG

4. Sumqayıt Dövlət Universiteti

Ə

Q

AZ

Təhsil ala biləcəyiniz kolleclər:

  1. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci (dövlət sifarişi: əyani; ödənişli: əyani, qiyabi);
  2. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci (dövlət sifarişi: əyani; ödənişli: əyani, qiyabi).