Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Münaqişələrin qarşısının alınmasında sinif rəhbərinin rolu

Sinif rəhbəri münaqişə zamanı necə davranmalı, ən az itki ilə münaqişəni necə başa çatdırmalı və ya vəziyyəti hər iki tərəfin xeyrinə necə həll etməli olduğu barədə biliklərə malik olmalıdır.

Münaqişə edən şagirdlərə sinif rəhbəri  necə kömək edə bilər?

"Münaqişəni birlikdə həll edək" deyə bilərsiniz. Münaqişə edənlərə rahat və inamla yanaşmaq lazımdır. Onlara yaxınlaşa bilərsiz, lakin bunu elə etmək lazımdır ki, o şəxslərdə narahatlıq yaratmasın.

Ehtiyac olduğu zaman uşaqları sakitləşdirmək lazımdır.

Əsas qayda odur ki, münaqişəli vəziyyətdə heç bir tələsik qərar qəbul edilməsin.

Sinif rəhbəri uşaqları sakitləşdirmək üçün onlara müxtəlif üsullar haqqında danışa bilər. Məsələn: 10-na qədər sayın və ya nəfəs tapşırıqları edin  (onlara burun ilə yavaş-yavaş  nəfəs almağı və bir müddət nəfəslərini tutmağı və s. təklif edin) … 

Sinif rəhbəri uşaqlara hər hansı bir problemi həll etməyə kömək edə biləcəyini izah etməli, məxfiliyi qoruyacağını bildirməlidir.

Uşaqdan münaqişənin baş verdiyi problemi sizinlə bölüşməyə hazır olub-olmadığını soruşun. Əgər sinif rəhbəri iki tərəfin razılığını alıbsa, o, müdaxilə edə bilər; əgər onlardan biri razı deyilsə - tələsmək lazım deyil,  razılıq və köməklik üçün yeni arqumentlər tapmaq lazım gələ bilər.

Əməkdaşlıq prosesini izah edin. Uşaqları münaqişələrin həlli üçün konstruktiv  yolların "hazırlaması" lazım olduğunu bildirin

Münaqişənin aradan qaldırılması üçün onlara aşağıdakı qaydaları izah etmək lazımdır.

! Yalnız sinif rəhbərinin xahişi və ya göstərişi ilə danışın.

! Başqa bir insana hörmət və etibarla yanaşın.

! Heç kimə zərər verməyin. Səbir və dözümlülük göstərin.

! Yaxşı iradə, əzmkarlıq göstərin və müzakirə etmək üçün cəhd edin, münaqişəni həll etməmiş isə sinifi/prosesi  tərk etməyin.

! Münaqişəli vəziyyətin həllində fəal iştirak edin.

Sinif rəhbəri bildirir ki, münaqişə tərəflərinin hər biri öz mövqeyini ifadə edə bilər, yalnız bundan sonra hər iki tərəfi qane edən həll axtarışına başlanacaq. Əgər tərəflərin hər ikisi qaydaları qəbul ediblərsə, həlli axtarmağa başlamaq olar.

Sinif rəhbəri şagirdlərə bildirir ki, münaqişələrin həllində əsas texnikalardan biri – "Mən"-ifadədir. "Mən"-ifadə edildikdə, bir şəxs o birinə qiymət vermir, ancaq duyğularını bildirir. "Sən"-ifadə isə şəxsi günahkar hiss etməyə məcbur edir. İnsan problemi həll etməyə çalışmaqdansa daha çox özünü müdafiə etməyə başlayır. Məsələn: "Səhv danışsan belə, həmişə mübahisə edirsən. Sən..."Sən"-ifadədə danışan üçün xoşagəlməz bir hərəkətin qiymətləndirilməsi var. Sinif rəhbəri və şagirdlər "Sən"-ifadəsindən qaçmalıdırlar. Bəzi hadisələri qiymətləndirmək üçün "Mən"-ifadəsini istifadə etmək məsləhətlidir. "Biz"-ifadəsi münaqişənin həlli üzrə, sinif rəhbərinin və şagirdlərin cəhdləri ilə birləşdirmək üçün istifadə olunur. Bu ifadə adətən aqressiv reaksiya doğurmur. İstisnalar da olur, məsələn "Mən"-ifadəsində mənfi reaksiya yarana bilər. (Məsələn, "Uşaqlar, mən indi sizin münaqişənizi həll edəcəm"). İlk baxışdan elə görünür ki, şəxs kömək etmək istəyir lakin bu, münaqişə iştirakçıları tərəfindən hakimiyyətin təzahürü kimi və münaqişə iştirakçılarının özlərinin kifayət qədər müstəqil olmamasının qiymətləndirilməsi kimi qəbul edilə bilər.  

Beləliklə, münaqişənin həlli üçün "Biz" ifadəsindən istifadə etmək arzu olunandır. Aqressiv reaksiya yaratmadığı halda “ Mən” ifadəsindən istifadə etmək olar..

Münaqişə iştirakçıları öz mövqelərini bildirdikdən sonra onlar sinif rəhbəri ilə birlikdə problemin mümkün həlli yollarını nəzərdən keçirirlər.

Sinif rəhbəri xatırladır ki, vasitəçilik prosesi belə həyata keçirilir: Hər iki tərəfə fikir verin, birinci kimə danışmağı göstərin. Əgər hər tərəf birinci danışmaq istəyirsə və buna görə belə mübahisə başlayırsa, püşk atmaq olar. Şəxsiyyətlərə yox, problemə diqqət yetirməyə kömək etmək lazımdır.

Onlara bunu demək olar: “Biz kimin doğru olub-olmadığını axtarmırıq, bunu dayanmadan da edə bilərik. Biz münaqişənin effektiv həllini axtarırıq.”

Əgər razılıq əldə edilməyibsə göstərilən səylərə görə hər iki tərəfə təşəkkür etmək lazımdır və bu halda belə müsbət notla da müzakirəni bitirmək olar.

Sinif rəhbəri münaqişəni həll edən yox, həllinə dəstək olan şəxs olmalıdır.