Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Mühakimə və ya xəyal qırıqlığı qorxusu

Övladınızın həyatında baş verəcək  yeni başlanğıclardan qorxduğunu hiss etmisiniz? Bu qorxunun arxasında mühakimə olunma gözləntsi dura bilər. Çox vaxt uşaqlar məhz bacarmayacaqlarından və nəticədə başqalarını məyus edəcəklərindən qorxurlar. Adətən məhz belə uşaqlara ətrafdakı yaxınları tərəfindən böyük ümidlər bəslənir. Lakin unutmamalıyıq ki, hər bir uşağın öz dünyası var və valideynlərin gözləntiləri onların xəyalları ilə  üst-üstə  düşməyə bilər.

Hər bir başlanğıcın əvvəlində özünü biruzə verən də məhz bu qorxu hissi ola bilər və işə başlama anının ləngiməsinə səbəb ola bilər.

Uşaqlarda tənqidi düşüncə hissi inkişaf etmədiyi üçün adətən valideynlərindən eşitdiklərini mənimsəyirlər.

Böyüdükdə uşaqlar valideynlərinin onları qiymətləndirməsindən asılı olmayaraq düşünməyi və davranmağı bacarırlar, lakin verilən tərbiyədən asılı olaraq, bəzi uşaqlar əksər hallarda kənardan (tək valideynin deyil) deyilən fikirlərə çox əhəmiyyət verərək başqaları tərəfdən rəğbət qazanmaq üçün hərəkət edə bilərlər.

Böyümək yolunda uşaqlar bir çox çətinlik və təhlükə ilə üzləşə bilərlər, buna görə də onlar valideyn dəstəyini, ana-ata çiynini hər zaman öz arxasında hiss etməlidirlər. Övladınız hər hansı bir işə başlayacağı zaman ona hər bir işdə uğur və uğursuzluğun olduğunu başa salmalı, nə olursa olsun arxasında duracağınızı hiss etdirməlisiniz. Uğura gedən yolda uşağa ata-ananın dəstəyi olduqca vacibdir.

Övladınızında bir işə başlamadan öncə qorxu hissinin olduğunu müşayiət edirsinizsə, aşağıdakı tövsiyələr sizə faydalı ola bilər:

1. Uşağa belə situasiyalarda nədən qorxduğunu, tam olaraq nəyi uğursuz hesab etdiyini özü üçün aydınlaşdırmağa kömək edin. 

2. Ona ən pis ssenarini beynində canlandırmağa, baş verəcəyi təqdirdə qəbul edəcəyinə yardımçı olun. "Həqiqətən baş verərsə nə olar?" bu sual sonda baş verə biləcək uğursuz sonluğu qiymətləndirməyə və dünyanın sonu kimi qəbul etməməyə, həyatda daha pis şeylərin olduğunu anlamağa kömək edəcəkdir. Övladınıza hər bir xoşagəlməz vəziyyətdən bir çıxış yolunun olduğunu başa salın. 

3. Uşağa həyatımız boyunca baş verəcək uğursuzluqların əslində bizim üçün böyük təcrübə və dərs olduğunu aşılayın. Uğurun da, uğursuzluğun da biz insanlar üçün mövcud olduğunu, uğur qazanmaq üçün müvəffəq olmaq istəyimizin uğursuzluq qorxusu hissini üstələməsinin vacibliyini başa salın. Valideyn övladına hər bir şeyi düzgün aşılaya biləcəyi halda o, gələcəkdə hər hansısa bir işin üzərində az çalışdığı və qorxuya qapıldığı təqdirdə uğursuz nəticəylə bitəcəyini anlayacaq və cəsarətli olaraq həyata daha sağlam addımlarla basacaqdır.