Müasir cəmiyyətdə xeyli sayda sosial-iqtisadi dəyişikliklər baş verir ki, bu da həm insanların peşə fəaliyyətinə, həm də ona olan münasibətinə təsir göstərir.
Hər bir peşənin öz çətinliyi və neqativ amilləri mövcuddur. Əsasəndə neqativ amillər "insan-insan" tipli peşələrə xasdır, onlardan biri də müəllimin fəaliyyətidir. Bu həm stresli, həm də özünü idarə etmə və özünü tənzimləmə üçün böyük ehtiyatlar tələb edən peşədir. Müəllim öz peşə fəaliyyətini həyata keçirərkən yaranan emosional gərginlik nəticəsində onun psixi funksiyaların davamlılığını və iş qabiliyyətininin seviyyəsini aşağı salır.
Müəllimin iş prosesində psixoloji gərginlik onun peşə tükənməsinə səbəb olur, bu da bütövlükdə "Emosional tükənmə"sindromu ilə təsvir edilə bilər. Bu hadisə artan narahatlığa, daimi yorğunluğa, qıcıqlanmaya, gərginliyə, iştah pozulmasına, yuxu pozulmasına, şagirdlərə və onların valideynlərinə, həmkarlarına mənfi münasibət, işin və həyat dəyərinin hisslərinin itirilməsində, öz gücünə inamın itirilməsinə gətirib çıxarda bilər.
Tükənmə sindromunun yaranmasına səbəb olan üç qrup faktor müəyyən edilə bilər: şəxsi, status-rol, korporativ.
- “Tükənmə” riskinin şəxsi amillərinə aşağıdakılar aiddir: aşağı və ya həddindən artıq yüksək empatiya; başqalarına qarşı sərtlik və avtoritarizm; özünə hörmətin və özünə qiymətlindirmənin aşağı olması və s.
- “Tükənmə” riskinin status-rol amillərinə: rol münaqişəsi, rol qeyri-müəyyənliyi, peşəkar və şəxsi artımdan narazılıq; aşağı sosial status; yaradıcılıq fəallığını məhdudlaşdıran rol davranış stereotipləri; əhəmiyyətli (referent) qrupda geriləmə.
- “Tükənmə” riskinin korporativ (peşəkar-təşkilati) amillərinə aşağıdakılar aiddir: qeyri-səlis təşkilat və əməyin planlaşdırılması; işin monotonluğu; iş vaxtının, xüsusilə qeyri-real icra müddətində ciddi reqlamentasiyası; həmkarları ilə mənfi və ya "soyuq" münasibətlər, həmkarları tərəfdən dəstəyin çatışmazlığı; münaqişələr, rəqabət; inzibati, sosial və peşəkar dəstəyin çatışmazlığı.
Müəllimlərin peşə tükənməsində üç mərhələ qeyd olunur:
Birinci mərhələ
Əvvəlcə müəllimin müəyyən tapşırıqlarının yerinə yetirilməsində vaxtaşırı nasazlıqlar müşahidə oluna bilər: dərsdə müəllim mövzu ilə bağlı mövzunu təkrarlaya, şagirdlərə xaotik şəkildə suallar verə bilər. Nəticədə, ümumi emosional gərginlik fonunda özünü nəzarətdə saxlamaq qorxusu yaranır.
İkinci mərhələ
İkinci mərhələ apatiya vəziyyəti ilə xarakterizə olunur: İş maraqsız olur, ünsiyyətə ehtiyac azalır. Xroniki yorğunluq hissi yaranır. Bundan əlavə, qıcıqlanma və daimi gərginlik fiziki sağlamlığa təsir etməyə başlayır.
Üçüncü mərhələ
Son mərhələdə təkcə işə deyil, həm də həyata maraq itir. Belə vəziyyətdə olan bir adam, hətta yaxın insanlara da özgəninkiləşdirilə bilər.