Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Müəllimin məktəbə adaptasiyası

Müəllimlik peşəsi təkcə bilik verməklə deyil, həmçinin şəxsiyyətin formalaşmasıyla da böyük rol oynayır. Müəllim olmaq asan deyil, çünki o, hər kəsin ehtiyac duyduğu biridir. Ali məktəbi başa vurmaq və diplomun alınması yeni başlayan müəllimin artıq peşəkar müəllim olduğu demək deyil. Onun qarşısında peşəkar təşəkkürün formalaşması yolu durur, bunun birinci hissəsi peşəyə adaptasiya - "alışma" dövrüdür. Gənc müəllim öz təcrübəli həmkarları ilə bərabər şagirdlərlə işləməyə başlayır. O, məktəb/universitet daxilində peşəkar və sosial-psixoloji münasibətlər sisteminə fəal qoşulur, yeni norma və dəyərləri mənimsəyir, öz fərdi mövqeyini təhsilin məqsəd və vəzifələri ilə uyğunlaşdırır. Ona görə də müəllimin şəxsi xüsusiyyətlərinin yeni iş yerində təklif olunan şərtlərə maksimal dərəcədə uyğun olması vacibdir.

Müəllim öz fəaliyyətinə başlayaraq məktəb/universitet və bütövlüklə kollektivdə davranış normaları haqqında məlumat toplayır. Gənc müəllim müəyyən müddətdən sonra yeni dəyərlər sisteminin əsas elementlərini tanımaqla yenidən istiqamətlənəcək, lakin hələ ki, bir çox parametrlərini qoruyub saxlayacaq. Adaptasiyanın son mərhələsində müəllimin şəxsi məqsədləri ilə təhsil təşkilatının məqsədləri artıq uygunlaşacaq.

Adaptasiyanın göstəriciləri insanın daxili vəziyyəti (sağlamlıq, əhval-ruhiyyə, sevinc hissinin olub-olmaması), xarici şəraitin qiymətləndirilməsi (mövcud olan vəziyyətlərin dərk edilməsi), öz vəziyyətinin yeni şəraitdə dərk edilməsi ola bilər. Birinci il ərzində gənc müəllim məktəbdə baş verənlərdən çox az hissəsini anlayır, lakin o, çox işləyir, məktəb həyatına uyğunlaşmağa çalışır amma buna baxmayaraq səhvlər edir. O, məktəb sənədlərinin böyük həcmi ilə üzləşir, kollektiv, valideynlər və məktəblilərlə ünsiyyət qurmaqda çətinlik çəkir. Belə çətinliklər müəllimləri təəccübləndirərək: "mən peşəmi düzgün seçmişəm?"- kimi sual doğura bilər.  Bundan əlavə "Sinfi ələ ala bilmək" bacarığı da yeni başlayan müəllimlərin çətin öhdəliklərindən biridir.

Daha təcrübəli mütəxəssislər gənc müəllimə necə kömək edə bilər? 

  • Adaptasiya dövründə ona kömək etməklə;
  • Ona özünü inkişaf etdirməyə və tədqiqat fəaliyyətinə qoşulmağa kömək etməklə;
  • Peşəkar düşüncə və yeniliklərə hazır olmaq qabiliyyətinin inkişafında yardım göstərməklə;
  • Məktəbdə dərslərin təşkilində ən çox rast gəlinən səhvləri, çətinlikləri aradan qaldırmağın yollarını tapmaqda istiqamət verməklə;
  • İşində fərdi üslub tapmağa kömək etməklə.

Bəs gənc pedaqoq özünə necə kömək edə bilər? 

  1. Həmkarlarınız ilə əlaqə saxlayın. Onlardan nəyisə soruşmaqdan çəkinməyin. Hər hansı bir çətinlik varsa, probleminizi aradan qaldırmağa kömək edəcək daha təcrübəli müəllimlərdən kömək istəyə bilərsiniz.
  2. İradlardan, başqasının Sizi qiymətləndirməsindən qorxmayın. Siz bunları təhlil edib nəticə çıxara və lazım gəldikdə öz üzərinizdə işləyə bilərsiniz.
  3. Yeni təcrübə üçün açıq olun. Oxuyun, yenilikləri araşdırın.
  4. Sinifdə müxtəlif uşaqlar oxuyur. Onların hər birinə fərdi yanaşma tapmağa çalışın. Vəziyyətə şagirdlərinizin gözü ilə baxmağa çalışın.
  5. Tələbələrinizlə etibarlı əlaqələr qurmağa çalışın və onlara sizin üçün vacib olduqlarını göstərin.
  6. Valideynlərlə ünsiyyətdən qorxmayın. Həmçinin onlara da fərdi yanaşmağa çalışın.
  7. Bəzən biz kiminsə zarafatlarını, ünsiyyət qaydasını, tədris üslubunu mənimsəməyə çalışırıq, çünki bu tərz şagirdlərin/tələbələrin xoşuna gəlir. Bu düzgün yanaşma deyil. Çünki birinin xoşuna gələn zarafat, digərinin aqressiv reaksiya göstərməsinə səbəb ola bilər. Fərdi üslubunuzu tapın.
  8. Məktəbdəki/universitetdəki təhsil yalnız oxuyanlara deyil, həm də təhsil verənlərə də yeni biliklər qazandırır. Buna görə yadda saxlayın: səhv etmək normaldır.
  9. Həyəcan və qorxulara baxmayaraq, hər bir dərsdə müsbət anlar axtarmağa çalışın.
  10. İstirahət edin! Dincliyinizi qoruyun və işləyin.

 Və ən önəmlisi – təslim olmayın.