Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Motivasiyamızı formalaşdırdığımız zaman yol verdiyimiz səhvlər

Motivasiya – hər hansı bir işi yerinə yetirmək üçün stimuldur. Yaşdan və fəaliyyət növündən asılı olaraq stimullar fərqli ola bilər. Məsələn, uşağın tədris dövründə əla qiymətlər almağa meyl etməsi üçün stimul (motivasiya) olaraq valideynlərin ona yaxşı oxuduğu təqdirdə velosiped hədiyyə edəcəklərini qeyd etmək olar.

Qısamüddətli və uzunmüddətli məqsədləri həll etmək üçün doğru motivasiyanı formalaşdırmaq vacibdir.

Bizim motivasiyamızı zəiflədən, qarşımıza qoyduğumuz məqsədə nail olmağımıza çətinlik törədən SƏHVLƏRİMİZ aşağıdakılardır:

1. Özümüzü başqası ilə müqayisə etmək. Başqasının həyat hekayəsi ilə özünüzü həvəsləndirə bilərsiniz, lakin bunu MÜQAYİSƏ aparmadan etməyiniz vacibdir. Başqasının böyük nailiyyətləri sizin həvəsinizi öldürə və ya sizi öz qabiliyyətlərinizə uyğun olmayan hərəkətlər etməyə sövq edə bilər. Məsələn, hədəfiniz öz sahənizdə tanınmaqdırsa, kiminsə 22 yaşında artıq tanınmış bir alim olması, amma sizin 24 yaşınızda heç bir ixtiranızın olmaması sizi motivasiyadan salmamalıdır.

Yalnız sizin istəyiniz, imkanlarınız və bacarıqlarınız vacibdir!

2. Məqsədləri səhv ifadə etmək, abstrakt məqsəd təyin etmək. Sizin məqsədiniz abstrakt olsa, əlçatan olmasa, beyniniz o istiqamətdə “hərəkət” edə bilməyəcək. Bütün addımlarınızı təsəvvür etməyə çalışın. Məsələn, abituriyent: “Mən ALİ TƏHSİL ALACAĞAM” - desə, bu kifayət qədər dəqiq məqsəd deyil, abstraktdır. Lakin abituriyent: “Mən MİKROBİOLOGİYA ÜZRƏ mütəxəssis olacağam və bunun üçün əvvəl biologiyanı oxumalıyam, sonra da təhsilimi davam etdirməliyəm” desə,  abituriyentin məqsədi daha aydın, əlçatan təsvir olunur.

3. Nəticələrə neqativ yanaşmaq. Bəzi şagirdlər, eləcə də insanlar uğursuzluqlara çox neqativ yanaşırlar, amma bunun heç bir səmərəli nəticəsi olmur. “Yenə məndə alınmadı, vaxt itkisidir”, “Başqasının səhvidir” - kimi düşünməyin. Hər bir çətinliyi kiminsə sizə MEYDAN OXUMASI və ya verməli olduğunuz bir İMTAHAN kimi qəbul edin. “İmtahan”dan uğurla keçməsəniz, yenidən cəhd etməlisiniz. Bunun üçün də səhvləriniz üzərində çalışın. Öyrənməyə pozitiv və tənqidi yanaşmağınız, öz üzərinizdə çalışmağınız sizin göstəricilərinizi yaxşılaşdıraraq  gələcəkdə gördüyünüz işə həvəsinizi artıracaq.

4. Tez nəticə əldə etmək istəyi. Bu tərbiyə və həyat təcrübəsi ilə bağlıdır. Lakin biz başa düşməliyik ki, hər bir iş əmək tələb edir. Buna görə də, tez həvəsdən düşmək işi həll etmir.

5. Stress vəziyyətində olmaq, emosiyalara qapılmaq. Stress səmərəli iş görməyə mane olur. Bu səbəbdən mümkün qədər gərginlikdən uzaq durmalısınız.

6. Təslim olmaq. Hər bir işinizdə İNADKARLIQ göstərərək mübarizəni sonuna qədər aparmağa çalışmalısınız. Hər zaman əhval-ruhiyyənizi yüksək tutmağa çalışın. Məşhur insanların da həyatlarından gördüyümüz kimi onlar öz istədiklərinə nail olmaq üçün qabiliyyətləri ilə yanaşı, həm də çox inadkarlıq, zəhmətkeşlik və güclü iradə nümayiş etdiriblər.

Məsələn, Vüqar Həşimov yalnız şahmatçı  deyildi. O, fenomen yaddaşı ilə dünya tarixi, coğrafiyası, musiqisi, idmanını və 7-dən çox xarici dili mükəmməl bilirdi. Fərdi yarışlarda maraqlı debüt seçimi və sona qədər mübarizliyi ilə yadda qalan Həşimov heç vaxt erkən təslim olmağı sevməzdi. Bəlkə də 2009-cu ildə onunla bərabər gücə sahib rəqibi qarşısında məhz onun bu keyfiyyəti Azərbaycan milli komandasını Avropa çempionu etmişdi.

DAİM öz üzərinizdə ÇALIŞIN!