Menecer

Menecer

Menecer işin idarə olunması və təşkili sahəsində mütəxəssisdir. O, personala rəhbərlik edir, firmanın işinin bu və ya digər istiqamətindən cavabdehdir və daim insanlarla ünsiyyət qurur. O, rəhbər olaraq nəticələrə görə məsuliyyət daşıyır və təşəbbüs göstərməyə borcludur.

Funksiyalar:

  • Sıravi işçilər arasında vəzifələrin bölüşdürülməsi;
  • Onların işinin keyfiyyətinə və alınan nəticələrə nəzarət;
  • Reqlamentlər, iş alqoritmləri yaratmaq;
  • Əyani və telefonla danışıqların, işgüzar yazışmaların aparılması;
  • Kargüzarlıq: sənədlərin hazırlaması.

Zəruri keyfiyyətlər:

  • İnformasiya ilə işləmə bacarığı: lazımi məlumatları tapmaq, təqdim olunan materialları anlamaq;
  • Danışıqların aparılması bacarıqları;
  • Ünsiyyətçillik, insanlarla ünsiyyət qurma bacarığı;
  • Təşkilatçılıq qabiliyyəti;
  • Yaxşı yaddaş və məntiqi düşünmə bacarığı;
  • Məlumatların təhlili və tez qərar qəbul etmə bacarığı;
  • Stresə qarşı müqavimətlilik.

Menecer olmaq üçün tələblər:

İstiqamət üzrə təhsilin olması

Qrup: II

Təhsil istiqamətləri: 

Menecment 

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisə

Təhsil forması

Tədris dili

1. Bakı Dövlət Universiteti

Ə

 

AZ

2. Azərbaycan Dövlət Neft və Sənaye Universitet

Ə

 

AZ/ENG/RUS

3. Azərbaycan Texniki Universiteti

Ə

 

AZ

4. Azərbaycan Memarlıq və İnşaat Universiteti

Ə

 

AZ

5. Azərbaycan Dövlət İqtisad Universiteti (Bakı, Zaqatala)

Ə

Q

AZ/RUS

6. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Ə

 

AZ/RUS

7. Azərbaycan Turizm və Menecment Universiteti

Ə

 

AZ/ENG

8. Milli Aviasiya Akademiyası

Ə

 

AZ

9. Naxçıvan Dövlət Universiteti

Ə

 

AZ

10. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)

Ə

 

alman proqramı

11. Gəncə Dövlət Universiteti

Ə

 

AZ

12. Sumqayıt Dövlət Universiteti

Ə

Q

AZ

13. Mingəçevir Dövlət Universiteti

Ə

 

AZ

14. Lənkəran Dövlət Universiteti

Ə

 

AZ

15. Azərbaycan Kooperasiya Universiteti

Ə

Q

AZ

16. “Azərbaycan” Universiteti

Ə

 

AZ

17. Qərbi Kaspi Universiteti

Ə

 

AZ/RUS

18. Xəzər Universiteti

Ə

 

ENG

19. “Odlar Yurdu” Universiteti

Ə

Q

AZ

20. Bakı Biznes Universiteti

Ə

 

AZ