Memar
Memar – binaların, məhəllələrin və interyerlərin layihələndirilməsi ilə məşğul olan mütəxəssisdir. Memar layihənin inkişafının bütün mərhələlərində iştirak edir – sifarişçilərlə görüşdən tutaraq final tətbiqinə qədər. Memarın vəzifələri, ilk növbədə, bina ideyasının yaradılması və layihənin vizual şəklində göstərilməsi də daxildir. Binanın konsepsiyasını məhz memar fikirləşir.
Funksiyalar:
- Tikinti obyektlərinin layihələndirilməsi;
- Layihə sənədlərinin hazırlanması;
- İnteryer dizayn işini görmək;
- Görülən işlərin smetasını çıxarmaq;
- Çertyojların hazırlanmasını həyata keçirmək, nəzarətə razılıq almaq, arxivə salmaq.
Zəruri keyfiyyətlər:
- Fəza təfəkkür;
- Kreativlik;
- Sistemli (miqyaslı) düşünmə;
- Nəticəyə yönəlik;
- Komandada işləmək bacarığı;
- Ünsiyyət;
- Məsuliyyət;
- Təlim qabiliyyəti
Memar olmaq üçün tələblər:
- Riyaziyyat, fizika və digər təbiət elmləri üzrə orta məktəb təhsili;
- Ali təhsilin olması;
- Memar Qeydiyyat İmtahanından keçib və peşəkar sertifikatın eldə edilməsi.
Qrup: I
Təhsil istiqamətləri:
Memarlıq (bakalavr pilləsi);
Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası (kollec).
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Tədris dili |
|
1.Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Ə |
|
AZ/ENG/RUS |
2.Bakı Mühəndislik Universiteti |
Ə |
|
AZ |
3.Azərbaycan Dövlət Rəssamlıq Akademiyası |
Ə |
|
AZ/RUS |
4.Naxçıvan Dövlət Universiteti |
Ə |
|
AZ |