Məktəb müəllimi
Müəllim - şagirdlərin təlim-tərbiyə və təhsil prosesini həyata keçirən mütəxəssisdir. O müəyyən fənin öyrənilməsinə marağın və motivasiyanın inkişafı üçün lazimi mühiti yaradır. Müəllim şagirdlərə müəyyən fənn üzrə tədris proqramını mənimsəməyə kömək edir, imtahanlara hazırlaşdırır, materialların mənimsənilməsinin keyfiyyətinə nəzarət edir və bilik səviyyəsini qiymətləndirir. Peşəkar təlim-tərbiyə fəaliyyətini təmin etmək üçün müəllimə psixologiya, yaş fiziologiyası, anatomiya, tərbiyə işinin metodikası sahəsində müvafiq biliklər lazımdır. Müəllim - şagirdin böyüdükcə istiqamət götürdüyü əsas nümunələrdən biridir. Buna görə də, öyrətməkdən, mövzu haqqında bilik çatdırmaqdan əlavə də, müəllimin vəzifələrinə şagirdə dəyərlərin ötürülməsi də daxildir.
Funksiyalar:
- Müəyyən istiqamət üzrə dərslərin təşkili və keçirilməsi üçün təhsil-tədris proqramının hazırlanması;
- Müvafiq elm sahəsində şagirdlərdə nəzəri və praktiki biliklərin formalaşdırılması;
- Müəyyən dərslər çərçivəsində tədris olunan materialın qavranılmasında və mənimsənilməsində yardım;
- Şagirdlərin intellektual və yaradıcı potensialını inkişaf etdirməsi;
- Şagirdlərdə düşüncə məntiqinin və yeni biliklərin mənimsənilməsinə həvəs yaratması;
- Pedaqoji metodların və iş alətlərinin daha effektiv tətbiqi üçün hər bir şagirdin fərdi xüsusiyyətlərinin nəzərə alınması;
- Biologiyaya marağın inkişaf etdirilməsi məqsədi ilə tematik əlavə tədbirlərin təşkili;
- Jurnal və hesabat sənədlərinin saxlanılması;
- Elmi-tədqiqat və metodiki iş.
Zəruri keyfiyyətlər:
- Pedaqoji kompetenlik;
- Şərtlərdən asılı olmayaraq şagirdlərə qarşı ədalətli yanaşmağı bacarmalıdır;
- Təhsil-tədris prosesinə diqqətli yanaşmalıdır ki, mövcud olan müxtəlif problemləri vaxtında aşkar edə bilsin;
- Tədris prosesini planlaşdırmaq, təşkil etmək və nəzarət etmək bacarığı;
- Duyğusal cavabdehlik;
- Təşkilatçılıq bacarığı;
- İntellektual aktivlik;
- Orijinal çeviklik və tənqidi düşüncə;
- Tələbkarlıq;
- Ədalətlilik hissi.
Məktəb müəllimi olmaq üçün tələblər:
- Ali təhsilin olması;
- Müəllimlərin İşə Qəbulu imtahanından keçmək;
- Attestasiya imtahanından keçmək.
Qrup: I; II; III; IV; V
Təhsil istiqamətləri:
- Riyaziyyat müəllimliyi;
- İnformatika müəllimliyi;
- Riyaziyyat və informatika müəllimliyi;
- İbtidai sinif müəllimliyi;
- Azərbaycan dili və ədəbiyyat müəllimliyi;
- Biologiya müəllimliyi;
- Kimya müəllimliyi;
- Kimya və biologiya müəllimliyi;
- Fizika müəllimliyi;
- Coğrafiya müəllimliyi;
- Tarix və coğrafiya müəllimliyi;
- Tarix müəllimliyi;
- Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə);
- Xarici dil müəllimliyi;
- Məktəbəqədər təhsil;
- Bədən tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi:
- Musiqi müəllimliyi;
- Təsviri incəsənət müəllimliyi;
- Vokal sənəti (sahələr üzrə).
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Tədris dili |
|
1. Bakı Dövlət Universiteti |
Ə |
|
AZ/RUS |
2. Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Ə |
|
AZ/RUS |
3. Bakı Mühəndisik Universiteti |
Ə |
|
AZ/ENG/RUS |
4. Azərbaycan Dillər Universiteti |
Ə |
|
AZ/ENG/ALM/FR |
5. Bakı Slavyan Universiteti |
Ə |
|
AZ/RUS |
6. Naxçıvan Dövlət Universiteti |
Ə |
|
AZ/RUS |
7. Naxçıvan Müəllimlər İnstitutu |
Ə |
|
AZ/RUS |
8. Gəncə Dövlət Universiteti |
Ə |
|
AZ/RUS |
9. Sumqayıt Dövlət Universiteti |
Ə |
|
AZ/RUS |
10. Mingəçevir Dövlət Universiteti |
Ə |
|
AZ/RUS |
11. Lənkəran Dövlət Universiteti |
Ə |
|
AZ/RUS |
12. Xəzər Universiteti |
Ə |
|
AZ/RUS |
13. Bakı Qızlar Universiteti |
Ə |
|
AZ/RUS |
14. “Naxçıvan” Universiteti |
Ə |
|
AZ/RUS |