Loqoped
Loqoped insanın danışmada çəkdiyi çətinliyi və onun səbəblərini araşdırır. Daha sonra qüsurun düzəldilməsinə və danışığın daha düzgün olması üçün məşqləri seçir və tətbiq edir. Əgər məşqlər kömək etmirsə, bu halda müştərini başqa bir mütəxəssisə yönləndirmək lazım olur.
Funksiyalar:
- Müştərilərin müayinəsi və onların danışma inkişafının xüsusiyyətlərini müəyyən etmək;
- Loqopedik diaqnozun qoyulması;
- Müalicə üsullarının və metodlarının müəyyənləşdirilməsi;
- Təlimlərin və "ev tapşırıların" hazırlanması;
- Müəyyən bir dövrün nəticələrinə görə təlim nəticələrinin qiymətləndirilməsi;
- Nitqi xüsusi tapşırıqlar, masaj və artikulyasiyanı yaxşılaşdıran digər metodlarla düzəltmək.
Zəruri kəfiyətlər:
- Əlaqə qurma: başqa bir şəxslə asanlıqla ümumi bir dil tapmaq bacarığı;
- Müştəriyə istiqamətləndirmə: diqqətlə qulaq asmaq və empati etmək bacarığı;
- Yaradıcılıq: problemlərin yeni, qeyri-standart həll yollarını tapmaq bacarığı;
- Sistem düşüncəsi: vəziyyəti müxtəlif tərəflərdən nəzərdən keçirmək və bütün mümkün şərtləri nəzərə almaq arzusu;
- Analitik düşüncə: səbəb-nəticə əlaqələrini müəyyən etmək bacarığı.
Loqoped olmaq üçün tələblər:
Təhsilin olması;
Psixoloji və pedaqoji biliklər.
Qrup: III
Təhsil istiqamətləri:
Korreksiyaedici təlim
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Tədris dili |
|
1. Bakı Dövlət Universiteti |
Ə |
|
AZ |
2. Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Ə |
|
AZ/RUS |
3. Azərbaycan Dillər Universiteti |
Ə |
|
AZ |
İstiqamət üzrə faydalı kurslar:
- STIMUL Education & Consulting;
- "UĞUR MM" Tədris Mərkəzi;
- Psixologiya Elmi-Tədqiqat İnstitutu;
- Elite Education & Career Centre;
- Buta Tədris Mərkəzi.